![]() |
|














Mehralıyev-Mirzəyev “cütlüyü“nün dövlətdən oğruladığı milyonlar haqda şok sənədlər - FOTO
Tarix 12.10.21, 16:20 |
|

Müxtəlif tikinti işlərinin həyata keçirilməsi zamanı hər ay nə az, nə çox, 100 milyon manata yaxın vəsait talan edilib
Əlbəttə, ilk baxışdan elə düşünmək olar ki, bu pulları R.Mehralıyev və R.Mirzəyev öz aralarında bölüşdürblər. Xeyr! A.Əkbərovla söhbətdən belə məlum olur ki, bu “cütlüyün” arxasında Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov dayanıb. Deyilənə görə, büdcədən oğurlanan pulların bir hissəsi məhz H.Abutalıbova ötürülüb...
“Hürriyyət”in ötən saylarında dərc olunan “Hacı Ramazan necə “tenderlər kralı”na çevrildi?” və “Hacı Ramazan dedi ki, istəyirsən “oğru” dilində danışaq...” sərlövhəli yazılarda məşhur iş adamı Hacı Ramazan Mirzəyevin qanunsuz əməllərindən bəhs etmişdik. Üstəlik, Bakı şəhər sakini Əkbərov Arif Niftulla oğlunun qəzetimizə açıqlamasında iş adamını dələduzluqda ittiham etməsi faktı ilə də dəyərli oxucularımız tanışdır. Hansı ki, A.Əkbərov “tenderlər kralı”nın rəhbərlik etdiyi "VEST-LTD” MMC-nin sifarişi ilə gördüyü işlərin pulunu illərdir ala bilmədiyini deyir. Onun sözlərinə görə, R.Mirzəyev ona “get kimə istəyirsən şikayət et, bu ölkədə mənə söz deyə biləcək kişi yoxdur, lazım gəlsə səninlə “oğru qanunları” ilə danışa bilərik”, - deyərək, borcunu verməkdən imtina edir.
Ötən sayımızda qeyd etdiyimiz kimi, Arif Əkbərov Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Ticarət Departamentinin rəsmi əməkdaşı olub. 40 illik mühəndislik təcrübəsi olan A.Əkbərov özünə tikinti briqadası yaradaraq, Ticarət Departamentinin sifariş verdiyi layihələri icra etməklə məşğul olub. Gördüyü işin keyfiyyəti hər kəsin diqqətini cəlb etdiyindən, bir gün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin rəhbərliyi ona Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binanın bərpa-tikinti işlərini görməyi təklif edib. Departament sədri Rəfail Mehralıyev onu şəxsən dəvət edərək bildirib ki, tikintiyə dair müqavilə yaxın dostu, şəriki Ramazan Mirzəyevin rəhbərlik etdiyi "VEST-LTD” MMC ilə bağlandığından, soruşan olsa, işin sözügedən şirkət tərəfindən icra olunduğunu bildirsin…
Haşiyə çıxaq ki, Mirzəyev Ramazan Məmməd oğlu Azərbaycan təmir-tikinti fəaliyyəti ilə məşğul olan “Məmmədoğulları Holdinq”in sahibidir. Onun tender maxinasiyaları ilə bağlı mətbuatda çoxsaylı faktlar mövcuddur. Məsələn, təkcə 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan "Yukon-K”, "Astok-5”, "Foodr 21”, "Vinsfud”, "Vertus 2018”, "Local LLC”, "Green SS”, "Ardo-2017”, "Təchizat Servis-18”, "Hermes-R Group”, "Staples Holding”,”Aztex-NN Servis”, "Gibernes MM”, "Katlos 2020”, "Local LLC”, "Forvard-SS”, "Olimpic HH”, "Kross Good”, "Faraon 200”, "Rudel Marketing” MMC- kimi şirkətlərin Ramazan Mirzəyevə bağlı olması iddia olunur.
O da bildirilir ki, “Məmmədoğulları Holdinq”ə daxil olan və adları yuxarıda sadalanan şirkətlərdən əlavə, Hacı Ramzan tərəfindən indiyədək mətbuata bəlli olmayan və müxtəlif şəxslərin adına rəsmiləşdirilən onlarla şirkət təsis olunsa da, onların bir çoxu qısa müddətdən, yəni əldə olunan layihənin icrası başa çatdıqdan dərhal sonra ləğv edilib. Burada da məqsəd həm külli miqdarda vergidən yayınmaq, həm də tikinti zamanı milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi faktını ört-basdır etmək olub.
“Hürriyyət”ə müraciət edən Arif Əkbərovun sözlərinə görə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyevin məlum təklifindən sonra, onun Hacı Ramazanla şərikli çalışdığı ona bəlli olub. Ancaq o, bu məsələyə önəm vermədən, Rəfail Mehralıyevin Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binanın bərpa-tikinti işlərini görməklə bağlı təklifini qəbul edib. Bütün sənədləşmə işi "VEST-LTD” MMC-nin üzərinə olduğundan və müqavilə də məhz bu şirkətlə bağlandığından, o, sadəcə bərpa-tikinti işləri ilə məşğul olub.
Bir müddət sonra Rəfail Mehralıyev tərəfindən ona daha bir təklif gəlib. Ona deyilib ki, Nizami metrosunun yanında gördüyü işə paralel olaraq Xətai rayonu, Mehmandarov küçəsində yerləşən 263 nömrəli məktəbin əsaslı təmirini də 3 ay müddətində başa çatdırmalıdır. Deyilən vaxtadək bu işin də öhdəsindən gələ biləcəyinə əmin olan A.Əkbərov R.Mehralıyevin ikinci təklifini də qəbul edib. Beləliklə, o, hər iki işin icrasını yüksək səviyyədə başa çatdırsa da, Ramazan Mirzəyev Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binanın bərpa-tikinti işlərinin qarşılığı olaraq ona ödəməli olduğu vəsaitin ilkin mərhələdə 190 min manatını kəsib, sonra isə daha 100 min manatı ödəməkdən imtina edib. Eynilə, Xətai rayonundakı məktəbin təmiri üçün ona 1 milyon 408 min manat verməli olduqları halda, Mehralıyev-Mirzəyev “cütlüyü” işin gedişi zamanı hissə-hissə 1 milyon 10 min manat ödəsələr də, yekunda əvvəlki borcla birgə 498 min (100 min manat + 398 min manat) manat borclu qalıblar. Bir müddət sonra o, borcunu almaq üçün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyevə müraciət etdikdə, Ramazan Mirzəyev araya girərək bildirib ki, “sənin Rəfaillə işin olmsın, o, mənim dostum, şərikimdir, bütün pulları da, sənə yeni işi də mən verəcəm”. Bundan sonra Hacı Ramazan ona cəmi 15 min manat verərək, qalan pulun – 483 min manatın “arxasına keçib”. Arif Əkbərov evini, maşınlarını, ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını satıb, fəhlələrin və tikinti bazarında borclu olduğu adamların pulunu qaytarsa da, o, illərdir Hacı Ramzandan borcunu ala bilmir. Bu məqsədlə müvafiq qurumlara müraciət etsə də, indiyədək heç bir müsbət nəticə əldə edə bilməyib. Bu baxımdan, A.Əkbərov düşünür ki, görünür, Hacı Ramazanın dediyi kimi, “bu ölkədə ona söz deyəcək kişi yoxdur”.
Arif Əkbərovun sözlərinə görə, son illər ərzində Mehraliyev-Mirzəyev “cütlüyünün” fəaliyyəti ilə bağlı apardığı araşdırma nəticəsində bu adamların dövlətin hər ay milyonlarla deyil, on milyonlarla, hətta yüz milyonlarla manat dövlət vəsaitini talan etdiyini ortaya çıxarıb. Belə ki, təkcə onun tərəfindən həyata keçirilən tikinti işləri, yəni Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binanın bərpa-tikintisi və 263 nömrəli məktəbin əsaslı təmiri zamanı, ondan mənimsədikləri 498 min manatdan əlavə, 3 milyon 142 min manat da dövlət əmlakını talan ediblər. Hansı ki, bütün bunlar A.Əkbərovun redaksiyamıza təqdim etdiyi sənədlərdə də öz əksini tapır(FOTOLAR). Məsələn, 69 saylı binanın bərpa-tikinti işləri üçün dövlət büdcəsindən 1 milyon 305 min manat ayrılsa da, bu işin başa çatdırılmasına həmin vəsaitini1/3-dən də az məbləğ, təxminən 400 min manat xərclənib ki, onun da 100 min manatını A.Əkbərova borclu qalıblar.
Həmçinin, 263 nömrəli məktəbin “qüsur aktı” bazar qiyməti ilə 1 milyon 408 min manat həcmində dəyərləndirilsə də, məktəbin əsaslı təmiri üçün büdcədən 3 milyon 700 min manata yaxın vəsait ayrılıb. Üstəlik, təmirə xərclənən vəsaitin daha 398 min manatını da Arif Əkbərova borclu qalıblar.
Göründüyü kimi, ticarət ortaqları Rəfail Mehralıyev və Ramazan Mirzəyev təkcə 2 tikinti işində dövlətin 3 milyon 142 min manat pulunu oğurlayıblar. Üstəlik, bu qədər “gəlir”in qarşılığında, təxminən yarım milyon manat da tikinti işini həyata keçirən Arif Əkbərova “atıblar”. Nəzərə alsaq ki, yuxarıda qeyd etdiyimiz kimi, Hacı Ramazan Mirzəyevin "VEST-LTD” MMC kimi onlarla şirkəti olub və o, eyni zamanda şəhərin müxtəlif yerlərindən 20-yə yaxın tikinti briqadası ilə çalışıb, demək, onun əli ilə bücədən hər ay oğurlanan vəsaitin həcmi 100 milyon manata yaxın olub.
Əlbəttə, ilk baxışdan elə düşünmək olar ki, bu pulları R.Mehralıyev və R.Mirzəyev öz aralarında bölüşdürblər. Xeyr! A.Əkbərovla söhbətdən belə məlum olur ki, bu “cütlüyün” arxasında Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov dayanıb. Deyilənə görə, büdcədən oğurlanan pulların bir hissəsi məhz H.Abutalıbova ötürülüb.
Bütün bunlar haqda növbəti sayımızda daha geniş məlumat verəcəyik. Bizi izləyin.


Xəbərin oxunma sayı : 760
Sosial
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV