“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Mətanət İsgəndərlinin gəlini od püskürdü: Pulunuz və adamınız var deyə...

Tarix 16.10.21, 19:08

Font ölçüsü : - / +
bitmap-img6


Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana qayınanasının "Günün sədası” proqramında onun haqqında dediklərinə cavab verib.

AzFakt.com Publika.az-a istinadən xəbər verir ki, anasının qəbrini ziyarət edən Canana oradan video yayımlayaraq Əməkdar artistin onun ünvanına səsləndirdiyi ittihamların əsassız olduğun, ailəsinin dağılmasında zərərçəkən tərəfin özü olduğunu deyib.

Canana övladlarının əri Kərimdə qalmaması üçün axıra kimi mübarizə aparacağını bildirib: "Haqsızlıqdır! Kim mənim 3 uşağımı əlimdən ala biləcək? Bəs siz deyirdiniz qanun var, uşaq anadan başqa heç kəsdə ola bilməz! 12 yaşındakı uşağı almaq olar, amma 5, 8 yaşındakı uşağı necə ala bilərsiniz anasından? Mənim evim yoxdur deyə uşaqlarımı məndən alacaqsan, Mətanət İsgəndərli? Sən bunu görməyəcəksən!

Mən övladlarımdan ayrı yaşaya bilmərəm. Balalarımdan ötrü nə qədər əziyyət çəkmişəm. Siz onları atıb Moskvaya getdiniz. Sən mənə zülm verdin, amma lazım gəldi, pəncərə də sildim, övladlarıma baxdım. Elə bilirsiniz, sizin pulunuz və adamınız var deyə hər istədiyinizi edəcəksiniz? Mən anayam, göz yaşlarım yerdə qalmayacaq!

Qeyd edək ki, ötən gün Mətanət İsgəndərli gəlini Canana üçün hər şəraiti yaratdığını, lakin onun imtina edərək azad yaşamaq istədiyini, buna görə də oğlu Kərimdən boşanmaq qərarına gəldiyini bildirib.



Xəbərin oxunma sayı : 325




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap