“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

15 yaşlı qızı qaçıran şəxsə - Bu cəza verildi

Tarix 23.05.25, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


Şamaxı rayonunda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şamaxı şəhər sakini 1999-cu il təvəllüdlü Səxavət Müseyibov (ad-soyad şərtdir) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalarla müəyyən edilib ki, Səxavət oğurluq və narkotik vasitələrlə bağlı cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilibmiş və ayağına elektron qolbaq taxılmaqla sərbəst buraxılıbmış.

Belə ki, Səxavət ötən ilin sentyabrında Şamaxıdakı “VİP market”də 15 yaşlı L.Məmmədova ilə tanış olub və onlar sosial şəbəkədə yazışmağa başlayıblar. Bundan sonra o, yeniyetmə qızı dərsdən sonra qaçırıb. L.Məmmədova həmin vaxt evlərinə zəng edərək Səxavətlə qaçdığını deyib. Bir müddət sonra polis əməkdaşları Səxavətgilin evinə gedərək onunla qızı Şamaxı Rayon Polis Şöbəsinə aparıb.

Şamaxı Rayon Məhkəməsi S. Müseyibovun üzərindəki məhkumluğu da nəzərə alaraq ona 2 il həbs cəzası verib.



Xəbərin oxunma sayı : 775




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap