![]() |
|














Bakıda unikal dələduzluq... - Məhkəmədə barışıq oldu
Tarix 17.06.25, 17:54 |
|

Bakıda iki nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. 39 yaşlı Anar özünü iki vəzifəli şəxsin yaxını kimi təqdim edib.
Dələduzluqda təqsirləndirilən Anar bir nəfərdən Dövlət Vergi Xidmətində işə düzəldəcəyini vəd edərək 20 min manat, FHN-də işləyən bir nəfərdən isə onun iş yerini həmin nazirliyin Tikintidə Nəzarət Xidmətinə dəyişəcəyinə yalandan vəd verərək 10 min manat alıb.
Anar ifadəsində bildirib ki, zərərçəkmiş Mübariz adlı şəxsi Ramiz Əmirov vasitəsi ilə tanıyıb. Onun sözlərinə görə, Ramiz ona deyib ki, Mübariz Dövlət Vergi Xidmətində işə düzəlmək istəyib. Ramizlə Anarın tanışlığı isə illər əvvəl işlə bağlı olub.
“Ramiz dedikdən sonra Mübarizlə görüşdük. Bu işə görə 20 min manat lazım olduğunu dedim. Mübariz 20 min manatı mənə 2024-cü ilin əvvəlində verdi. Mübarizə həmin ilin avqust ayına qədər gözləməsini, əmrinin veriləcəyini dedim. Lakin may ayında Mübariz pulunu istədi. Dedi ki, özünə başqa iş tapıb. Həmin vaxt mən pulu xərcləmişdim”, – deyə Anar ifadəsində bildirib.
İkinci epizod üzrə danışan Anar deyib ki, həmin şəxsi də Ramiz vasitəsi ilə tanıyıb:
“Ramiz dedi ki, Elxan adlı tanışı FHN-də işləyir. Elxanın Tikintiyə Nəzarət Xidmətinə keçmək istədiyini bildirdi. Ona kömək etməyimi istədi. Mən də buna görə 10 min manat lazım olduğunu dedim. Pulu alandan sonra işlərim düz getmədiyi üçün heç nə edə bilmədim. Pulu xərclədiyim üçün qaytara bilmədim”.
İbtidai istintaq yekunlaşıb iş məhkəməyə göndərilənə qədər Anar zərərçəkmiş şəxslərin pulunu geri qaytarıb və onlarla barışıb. Buna görə də hər iki şəxs Anarı bağışlayıb.
Zərərçəkmiş Mübarizin ifadəsində diqqətçəkən məqam olub. Onun sözlərinə görə, təqsirləndirilən Anar onlarla danışan zaman özünü Dövlət Vergi Xidmətinin rəisi, general-polkovnik, Orxan Nəzərlinin tələbə yoldaşı kimi təqdim edirmiş. Anar bu münasibətdən itifadə edərək Mübarizi həmin xidmətdə müfəttiş kimi işə düzəldəcəyini bildirib.
“Anara dedim ki, 10 min verim, 10 min də iş düzəldəndə verərəm. Dedi ki, mümkünü yoxdur. 10 mini verəndən sonra borc tapıb 10 mini də verdim. Amma iş alınmadı və hər dəfə fərqli bəhanələr deyirdi. Aldadıldığımı başa düşəndə polisə şikayət etdim”, – deyə zərərçəkmiş Mübariz ifadəsində göstərib.
İkinci epizodda da maraqlı məqam diqqət çəkib. Belə ki, Elxan adlı şəxsi FHN-də yaxşı işə düzəldəcəyini deyən Anar özünü xanım generalın qohumu kimi təqdim edib.
“FHN-də yanğınsöndürən işləyirəm. Mən Ramizi tanıyırdım. Ramizə Belarus Universitetində mülki müdafiə fakültəsini bitirdiyimi, ali təhsilim olduğu üçün zabit rütbəsi almaq istədiyini dedim. Ramiz Anar adlı şəxsin bu işi həll edə biləcəyini bildirdi. Anar arvadının xalasının FHN-də general-mayor rütbəsində, kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan Sevda Şirinova olduğunu söyləmişdi.
Anarla görüşdüm. Həmin görüşdə Ramiz də var idi. Anar dedi ki, belə bir imkan varsa, niyə köməklik etməyək? Mənə dedi ki, bu işi həll edən Sevda xanıma hədiyyə almaq lazımdır. Mən ondan xərcimin nə qədər çıxacağını soruşdum. Anar güzəştlə birlikdə işinin 15 min manata həll edə biləcəyini dedi.
Ramiz də dedi ki, narahat olma, heç bir problem yoxdur. Ramiz yolda mənə dedi ki, Anarın tütün fabriki də var, həmçinin Gömrükdə yüksək vəzifədə işləyir. Razılaşandan sonra əvvəlcə 3 min dollar verdim. Anar dedi ki, yaxın günlərdə xeyir iş olacaq və Sevda xanım da orada iştirak edəcək. Həmin məclisdə Sevda xanımdan mənim xahişimi edəcəyini söylədi. Qalan məbləği də kredit götürüb verdim. Aylar keçsə də, nəticə olmadı. Mən də şikayət etdim”, – deyə zərərçəkmiş Elxan bildirib.
Nərimanov Rayon Məhkəməsi zərərçəkmişlərlə barışığın əldə edilməsini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Anarın cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb. Anar barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Musavat.com
Xəbərin oxunma sayı : 694
Hadisə
Xəbərlər
-
Aprel döyüşlərində iştirak edən erməni generalların adları açıqlandı - MƏHKƏMƏ
-
DTX-dən Qaxda əməliyyat - İcra başçısı ilə müavini saxlanıldı
-
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi - Fotolar
-
Bakının üç rayonuna prokuror təyin edildi - Kamran Əliyevdən əmr
-
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
-
Prezident Çin və Küveytlə bağlı sənədləri - Təsdiqlədi
-
“Laçın hava limanı barədə təəssüratlarım möhtəşəmdir“ - Rusiya səfiri
-
“Madam Ruxa” gözəllik salonunda müştərinin dərisi yanıb - Şikayət
-
Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
-
“İran həmişə sülh və sabitlik axtarışında olub“ - Pezeşkian
-
Bir vaxtlar zibil idi, indi qızıldan baha: Kilosu 300 manat…
-
Paşinyan Türkiyəyə səfərə gedib - Ərdoğan onu qəbul edəcək
-
Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq - Dəyişiklik
-
Azərbaycan hansı ölkələrə nə qədər investisiya yatırıb? - Siyahı
-
Prezident Laziz Kudratovu qəbul edib - FOTO
-
“Gəncəli Mübariz“in oğlunun şikayəti təmin edilmədi - İş adamı bəraət aldı
-
İran İsraili ən yeni ballistik raketlə vurdu - VİDEOLAR
-
Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - FOTOFAKT
-
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır - FOTOLAR
-
Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər? - VİDEO
-
Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunun buraxılış mərasimində - FOTO/VİDEO
-
Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO
-
Fərhad Əhmədovdan milyonlarla dollar rüşvət alınıb - Məhkəmə başlayır
-
Elan saytından maşın almaq istədi, 450 manat ziyana düşdü - VİDEO
-
“İran nüvə bombası hazırlamırdı“ - Qrossi
-
Azərbaycanın bu regionunda şəkər tozu qıtlığı yaşanır - VİDEO
-
“Azərbaycan” məhəlləsinin açılışından FOTOLAR
-
Prezidentlər Maraş dondurması yedi - VİDEO
-
MTN generallarının əmlakı satıldı - Zərərçəkənlərə yüz minlərlə manat ödəndi
-
Tramp İrala bağlı iki həftə ərzində qərar qəbul edəcək - Ağ Ev
-
Prezident Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb - Ərdoğan yola saldı
-
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
-
Ərdoğandan tarixi cümlə... - “Könül candan, Türkiyə Azərbaycandan ayrıla bilərmi?...”
-
Prezident Administrasiyasında görüş - Ədalət Vəliyevlə Adəm Bakuvi arasında
-
“Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik” - İlham Əliyev
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bloqerin qadınlarla sərgüzəştləri: onları videoya çəkdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
-
Kahramanmaraşda “Azərbaycan“ məhəlləsinin açılış mərasimi keçirilir - CANLI YAYIM
-
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
-
Ata qızını vəhşicəsinə döyərək ölümünü izləyib - TƏFƏRRÜAT
-
Gözləri görməsə də, qətl törətmişdi - 15 il cəza verildi
-
İlham Əliyev Türkiyəyə işgüzar səfərə getdi - FOTOLAR
-
Tramp İrana hücum planını təsdiqləyib - Əmri gözlədir
-
Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? - Qızı hər şeyi açıqladı
-
Azərbaycanda kriptovalyuta dələduzluğu: Arvadının 55 min manatını ələ keçirdi
-
“İran-İsrail münaqişəsinin coğrafi genişlənməsi təhlükəsi var“ - Kreml
-
Naxçıvanda seçkiləri Prezident təyin edəcək - Konstitusiya dəyişir
-
Diaspora Komitəsinin vəzifəli şəxsi ticarət obyekti inşa etdirib? - FOTO
-
Azərbaycanın 6 universiteti dünyanın TOP 1000 ən yaxşısı siyahısında - SİYAHI
-
İş adamı Hafiz Məmmədov kirayədə qalır - Bütün əmlakını satıb
-
“Netanyahunu dayandırın“ - Madurodan çağırış
-
Laçında su anbarı istifadəyə verildi - Fotolar
-
Rəsmi Bakı İsrail rəhbərliyinə yenidən müraciət etdi - “Ərdəbilin vurulması narahatlıq yaradıb“
-
Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
-
Bakıda binanın damında tikilən hovuz söküldü - Fotolar
-
Yeni komisiya yaradıldı - Əli Əsədov sədr, onlar üzv oldu (SİYAHI)
-
“Azərbaycan məhəlləsi“ndə 49 056 iş və yaşayış yeri inşa olunub“ - Ərdoğan
-
Çimərliklərdə yoxlama aparılıb - Nöqsanlar aşkarlanıb
-
“Əmək pensiyaları haqqında” qnaun dəyişir - Kimlərə güzəşt olunacaq?
-
Prezident BP şirkətinin baş icraçı direktorunu qəbul etdi - FOTO
-
Tramp ABŞ-nin İrana mümkün hücumunun uğurlu olacağına şübhə edir - “Axios“
-
Paytaxtda tikinti şirkətinin apardığı işlər yolu yararsız hala saldı - ŞİKAYƏT VİDEO
-
Roliklə nəqliyyat vasitələrinin arası ilə şütüyən gəncləri hansı cəza gözləyir? - VİDEO
-
Azərbaycanda yük maşınının sürücüsünə fantastik məbləğdə cərimə yazıldı - VİDEO
-
Putin və Tramp arasında şəxsi görüşün təşkili hazırda müzakirə olunmur - Peskov
-
Goranboyda əkin sahələri suvarıla bilinmir - VİDEO
-
ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır - “Bloomberg”
-
Bakıda 90 il əvvəl istimarı başa çatan bina hələ də sökülmür - VİDEO
-
İlham Əliyev sabah Türkiyəyə gedəcək - Aktual regional proseslər müzakirə ediləcək
-
Bakıda dələduzluq epidemiyası - Polis 1 gündə 10 dələduzu yaxaladı
-
Nazirlikdə büdcəni belə talayıblar ... - 17 ildə nə qədər mənimsənilib?
-
Sevgilisi azadlığa çıxanda şikayət etmişdi - İndi “barışmışıq” deyir
-
“Solovyovun çıxışına görə üzr gözləyirik” - MEDİA
-
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K“ Firması kimindir?
-
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib - Hesabat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana ikinci əl paltarlar hansı ölkələrdən və neçəyə gətirilib? - Tam siyahı
-
“İranla heç bir danışıq aparılmır“ - İsrail XİN rəhbəri
-
Azərbaycanda kazinolar yalnız bu ərazilərdə təşkil olunacaq - Səbəb açıqlandı
-
Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər - Məleykə Abbaszadə
-
Ağdamda tikintidə işlədilən fəhlənin maaşı niyə verilmir? - VİDEO
-
Hörmüz boğazı bağlanarsa, ən tez kim “boğular”? - Analiz
-
Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu
-
Ağciyər Xəstəlikləri İnstitutunda faciə: Xəstə üçüncü mərtəbədən yıxıldı
-
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini kim himayə edir? - FOTOLAR
-
Prezidentdən simpozium iştirakçılarına - Müraciət
-
Yaxın Şərqdə gərginlik və neft bazarı: Risklər və proqnozlar
-
Beyləqanda tibb işçilərinin peşə bayramı qeyd edildi - Fotolar
-
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı -10 min manat cərimə olundu
-
Azərbaycanda ən çox əməkhaqqını bu peşə sahibləri alır - CƏDVƏL
-
“İsrail-İran qarşıdurması bir neçə həftədən artıq davam etməyəcək“ - Fitch
-
Kamran Əliyev Ləmbəranskini işdən çıxardı - FOTO
-
ABŞ və müttəfiqləri Fars körfəzində hərbi mövqelərini gücləndirir - İranla qarşıdurma dərinləşir
-
İcra başçısına sui-qəsd hazırlayan şəxsə - Ağır cəza verildi
-
Azərbaycanda kazinolara icazə veriləcək - Bu şərtlə
-
Seyid Əli Xameneyi elan etdi:“Döyüş başlayır”
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
İran “MOSSAD“-ın binasını vurdu - VİDEO
-
Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub
-
Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
-
“Ağdamlı Dəmir” yol polisinə tabe olmadı: Üstünə maşın sürdü - VİDEO
-
Zərərçəkənlər danışdı, Vardanyan dinlədi - Fotolar
-
İnam Kərimov Gürcüstan nümayəndə heyəti ilə görüşdü - Fotolar
-
Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Beyləqanda yol infrastrukturunun yenilənməsi davam edir - Fotolar
-
Sirli “ZN Trade“ yenə qalib seçildi - Şirkəti agentliklə nə bağlayır?
-
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
-
“Mərcan“ klinikasında ölüm faktı - Nigar Məmmədovnın adı plastik cərrahların siyahısında yoxdur
-
Nazirlər Kabinetindən dəyişiklik - 4 gün ardıcıl iş günü olmayacaq
-
Bakıda unikal dələduzluq... - Məhkəmədə barışıq oldu
-
İçərişəhərdə hotelə çevrilən tarixi bina satılır - QİYMƏT
-
Kamran Əliyevdən əmr - 2 rayona prokuror təyin edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək“ - Müdafiə naziri
-
“Çinin G7-yə qoşulmasının əleyhinə deyiləm” - Tramp
-
İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığına hücum - VİDEO
-
Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - FOTOFAKT
-
Krıma görə sanksiyaların müddəti uzadıldı - Aİ Şurası yeni qərar verdi
-
“Bu gün Tehrana yeni zərbələr endiriləcək“ - İsrail müdafiə naziri
TOP 10
ARXİV