“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bir vaxtlar zibil idi, indi qızıldan baha: Kilosu 300 manat…

Tarix 20.06.25, 13:04

Font ölçüsü : - / +
bitmap-img6


Əvvəllər arıçılar üçün heç bir dəyəri olmayan və zibilə atılan arı çörəyi, bu gün həm faydalı, həm də baha məhsula çevrilib.

AzFakt.com xəbər verir ki, arılar çiçəklərdən və bitkilərdən topladıqları çiçək tozlarını (poleni) yuvalarına (kovanlarına) gətirir və bu tozları ağızlarından çıxan xüsusi təbii maye (enzim) ilə qarışdıraraq arı çörəyi adlanan yüksək qidalı məhsulu hazırlayırlar.

Bu məhsul sağlamlıq üçün olduqca faydalıdır.

Arıçılar bildirir ki, bir çay qaşığı arı çörəyi, tərkibində olan zülal baxımından təxminən 1 kiloqram ətə bərabərdir. Bu səbəbdən arı çörəyi həm pəhriz saxlayan şəxslər, həm də uşaqların fiziki inkişafı üçün tövsiyə olunur. Bəzi xəstəliklərə, məsələn, ağciyər problemləri, oynaq ağrıları, prostat kimi hallara qarşı faydalı olduğu deyilir. Hazırda arı çörəyinin 1 kiloqramı təxminən 3.000 türk lirəsi – yəni təxminən 300 manat dəyərində satılır.

25 ildir arıçılıqla məşğul olan Engin Ekinci bildirir ki:

“Arı çörəyi əvvəllər zibilə atılırdı, amma son illərdə çox dəyərli bir məhsula çevrilib. İndi yerli arıçılar bu məhsulu özləri istehsal edir. Arılar çiçəklərdən topladıqları poleni yuvalarına gətirir, öz bədənlərində hazırladıqları təbii maye ilə qarışdıraraq bu güclü qidanı hazırlayırlar.

Tərkibində 22-dən çox amin turşusu var və zülalla olduqca zəngindir. Müxtəlif çiçəklərdən hazırlandığı üçün çox şəfalı bir məhsuldur”. (Sonxeber.az)



Xəbərin oxunma sayı : 229




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap