“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Vaxtında çatdırılmayan yük itirilmiş sayılacaq - Yeni qayda

Tarix 15.12.25, 19:57

Font ölçüsü : - / +
bitmap-img6


Yükdaşıma prosesində daşıyıcı tərəfindən qəbul edilən yük müəyyən olunmuş müddətdə alıcıya çatdırılmadıqda, yük itirilmiş hesab olunacaq.

AzFakt.com-un məlumatına görə, bu müddəa “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, daşıyıcı yükü qəbul etdikdən sonra 3 ay ərzində çatdırmadıqda və ya nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş çatdırılma müddətinin bitdiyi tarixdən 30 gün sonra yükalan tərəfə təhvil verilmədikdə, əksi sübut edilənədək yük itirilmiş hesab olunur.

Bununla yanaşı, maddədə istisna hal da nəzərdə tutulur. Belə ki, yük təyinat yerinə çatdırılsa, lakin muzdun ödənilməməsi səbəbindən nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilməzsə, bu halda yük itirilmiş hesab olunmur. Şərt ondan ibarətdir ki, ekspeditor nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi barədə müştəriyə dərhal yazılı və ya elektron formada məlumat versin.

Qanun layihəsinin digər maddəsində isə ekspeditorun məsuliyyəti müəyyən edilib. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, ekspeditor yükü qəbul etdikdən sonra müştəri (yükalan) qarşısında:

yükün qablaşdırılmasının mövcud olmamasına,

yükün çəkisinin və sayının təkrar yoxlanılması nəticəsində əskik çıxmasına,

yükün zahirən görünən qüsurlarına görə məsuliyyət daşıyır.

Eyni zamanda, müştəri daşınma üçün hazırladığı və qablaşdırdığı yükün zahirdən görünməyən qüsurlarına, eləcə də qiymətli əşyaların, tez xarab olan, təhlükəli və xüsusi mühafizə tələb edən yüklərin bəyan edilməməsinə görə ekspeditor qarşısında cavabdeh sayılır.

Yeni qanun layihəsində daşıyıcının yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) halları üzrə məsuliyyəti də ayrıca nəzərdə tutulur.

Qanun layihəsinin 24-cü maddəsində qeyd olunur ki, yükün təhvil verilməsi zamanı yükalan və ya onun səlahiyyətli nümayəndəsi yükün itirilməsi, əskik çıxması və ya zədələnməsi barədə ekspeditora yazılı şəkildə (kağız və ya elektron formada) bildiriş təqdim etmədikdə və həmin bildirişdə ümumi səbəblər göstərilmədikdə, istisna hallar nəzərə alınmaqla, yük tam və zədələnməmiş formada qəbul edilmiş hesab olunur.

“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsinin dekabrın 16-da Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilməsi nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap