“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

NİİM sürücülərə müraciət edib - VİDEO

Tarix 20.11.23, 12:13

Font ölçüsü : - / +
bitmap-img6


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Müraciətdə bildirilir ki, bəzi hallarda sürücülərin manevretmə qaydalarına düzgün əməl etməmələri yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Növbəti belə hadisə ötən gün səhər saatlarında Heydər Əliyev prospektində baş verib.

“Təəssüflər olsun ki, yol hərəkəti qaydalarına əməl etməmək maddi zərərlə, ölüm və xəsarətlə nəticələnən qəzaların olmasını qaçılmaz edir. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində sürücülərin yollarda necə manevr etməsi ilə bağlı qaydalar öz əksini tapıb. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.
Bununla yanaşı, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara əməl etməyə və diqqətli olmağa çağırır”, - deyə müraciətdə vurğulanıb.





Xəbərin oxunma sayı : 667




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap