“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Narkotik becərən ata və oğul tutuldu - FOTO

Tarix 16.06.21, 16:02

Font ölçüsü : - / +
bitmap-img6


Qubada narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, rayon sakini Mirqasım Babayev və oğlu Kənan Babayev saxlanılıblar. Onların birgə yaşadığı evin həyətinə, istixanasına və taxıl sahəsinə baxış zamanı ümumi çəkisi 47 kiloqrama yaxın olan 110 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə bitkiləri aşkar edilib.

Mirqasım Babayev ifadəsində oğlu Kənanla birgə həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək becərdiyini bildirib. Bundan başqa saxlanılan şəxslərin yaşadıqları fərdi yaşayış evinin zirzəmisindən 16 qram narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.



Xəbərin oxunma sayı : 694




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap