Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Narkotiklə dolu avtomobili evakuatorun üzərində Bakıya gətirmək istədilər - VİDEO

Tarix 29.11.24, 9:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycana qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəbəkə üzvləri ifşa ediliblər.

AzFakt.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Qeyd edilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 38 yaşlı Ruslan Novruzov saxlanılıb. Ona məxsus avtomobilin yük yerinə baxış zamanı 60 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən olunub ki, R.Novruzov yük yerində külli miqdarda narkotik vasitə olan avtomobilini diqqət çəkməmək məqsədilə paytaxt ərazisinə evakuator xidməti göstərən nəqliyyat vasitəsinin platformasında çatdırmağı planlaşdırıb. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və dövriyyəsində həmin şəxslə əlbir olan Ramil Fərziyev, Pərviz Miranov və qohumu Höccət Miranov da saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Xəbərin oxunma sayı : 883




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap