“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

NATO müharibəyə qoşulub - Pesko

Tarix 22.01.23, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


"NATO və ABŞ-ın Ukraynaya dəstəyi və silah yardımı münaqişələr dövriyyəsinə səbəb olub".

Musavat.com xəbər verir ki, bunu Ukrayna hadisələri və qərb ölkələrinin Ukraynaya verdiyi dəstəklə bağlı jurnalistlərə yeni açıqlamalar verən Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, NATO-nun Ukrayna müharibəsində birbaşa və ya dolayısı ilə iştirak etdiyini iddia edib:

"NATO ölkələrinin birbaşa və ya dolayısı ilə bu münaqişəyə qarışdığını görürük. Bu gərginliyin artmasını davam etdirmək üçün siyasi iradə nümayiş etdirdiklərini də eşidirik. Ukraynanın döyüş meydanında qalib gələcəyi ilə bağlı yanlış təsəvvür yaranıb. Bu, yuxarıya doğru münaqişələr dövriyyəsinə səbəb olur".

ABŞ-ın Kiyevə planlaşdırdığı tank yardımı haqqında danışan Peskov bu vəziyyətin Ukrayna üçün problem yaradacağını bildirib:

"Bunun nəticələri Ukrayna üçün mütləq mənfi olacaq. Biz dəfələrlə demişik ki, bu cür göndərişlər prinsipcə heç nəyi dəyişə bilməz, əksinə, Ukrayna və onun xalqı üçün yeni problemlər yaradacaq. Mütəxəssislərimiz də bu tədarüklərlə bağlı yaranacaq problemlərdən xəbərdardırlar. Həmin tankların texniki baxışa və təmirə ehtiyacı var. Üstəlik, bu tankların çatdırılması Rusiyanın öz məqsədlərinə çatmaq səylərini dəyişməyəcək. Üçüncü ölkələrə yüklərin daşınması ilə bağlı qanuni məhdudiyyətləri nəzərə almaq vacibdir. Çünki bütün göndərişlər hərbi təyinatlı mallardır. Təbii ki, biz bu prosesi diqqətlə izləyəcəyik".

Kremlin sözçüsü Qərb ölkələrinin Rusiya ilə dialoq qurmasını tövsiyə edib:

"Almaniya, Fransa və Ukrayna Minsk razılaşmaları üzərində son 8 ildə bir oyun oynadı. İndi bu ölkələr əməllərinin bədəlini ödəməlidirlər. Bütün mənfi nəticələrin fərqinə varmaları və Rusiyanın narahatlıqlarını dinləmələri lazımdır".



Xəbərin oxunma sayı : 592




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap