Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Naxçıvanda rəhbər şəxslərin saxlanılmasına başlanıldı - İki nazir Bakıya gətirildi

Tarix 25.11.22, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda həyata keçirdiyi əməliyyatlarla bağlı yeni məlumatlar yayılmağa başlayıb.

"AzPolitika.info" ya verilən məlumata görə, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev saxlanılaraq Bakıya gətirilib. Onlarla bağlı həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. 

Qeyd edək ki, bir qədər əvvəl yayılan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Belə böyük miqdarda vəsaiti hansısa şöbə rəisinin məınimsəməsi qeyri-meümkün olduğundan həbslərin yüksək post tutan rəhbərləırə qədər uzanacağı gözləniləndir.

Xatırladaq ki, artıq bir neçə gündür DTX əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirir, milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisində şübhəli bilinən rəhbər şəxslər saxlanılaraq, dindirilirlər.

Onu da xatırladaq ki, Səhət Həbibbəyli AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğludur.



Xəbərin oxunma sayı : 673




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap