“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Naxçıvanda yaranan daha 2 şirkət 8 yerə parçalandı – Təfərrüat

Tarix 29.03.23, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar ayında Naxçıvanda dövlət qeydiyyatına alınan "NAXPROPERTY-S" MMC (VÖEN- 0201381651) və "NAXPROPERTY-R" MMC (VÖEN- 0201378581) yenidən təşkil olunurlar.

Yeniavaz.com xəbər verir ki, "NAXPROPERTY-S" MMC-nin tərkibindən ayrılma şəklində aşağıdakı şirkətlər yaranır.
"DUZDAĞ ESTATE" MMC,
"NAXPROPERTY-S1" MMC,
"NAXPROPERTY-S2" MMC,
"NAXPROPERTY-S3" MMC.

"NAXPROPERTY-R" MMC-nin tərkibindən isə ayrılma şəkilində aşağıdakı şirkətlər yaranır.
"NAXPROPERTY-1" MMC,
"NAXPROPERTY-2" MMC,
"NAXPROPERTY-3" MMC,
"NAXPROPERTY-4" MMC.

Açıqlanan məlumatlarda bildirilir ki, adları qeyd olunan şirkətlər "NAXPROPERTY-S" MMC və "NAXPROPERTY-R" MMC-lərin hüquqi varisidirlər.
Məlumat üçün bildirək ki, Yusifov Arif Yusif oğlunun direktor olduğu "NAXPROPERTY-S" MMC 17.01.2023-cü ildə, "NAXPROPERTY-R" MMC isə 11.01.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 2 milyon 325 min 300 manat olan "NAXPROPERTY-R" MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri H.Əliyev, ev 19. m. 32-də, nizamnamə kapitalı 4 milyon 232 min 400 manat olan "NAXPROPERTY-S" MMC-nin hüquqi ünvanı isə Naxçıvan şəhəri Atatürk, ev 9-da yerləşir.
Qeyd edək ki, böyük nizamnamə kapitalı ilə yaranan şirkətlərin təsisçiləri barədə məlumat verilmir.
Lakin məlum olan odur ki, Yusifov Arif Yusif oğlu eyni zamanda 6 fevral 2023-cü ildə Naxçıvanda dövlət qeydiyyatına alınan “MES-T” MMC-nin (VÖEN -  0201391611) də qanuni təmsilçisidir. Bu şirkətin də yarandıqdan qısa müddət sonra tərkibindən 10 şirkət ayrılır. “MES-T” MMC-nin tərkibindən "MEST-2" MMC, "MEST-3" MMC, "MEST-4" MMC, "MEST-5" MMC, "MEST-6" MMC, "MEST-7" MMC, "MEST-8" MMC, "MEST-9" MMC, "MEST-10" MMC, "MEST-11" MMC ayrılıb və MMC-nin bəzi hüquq və öhdəlikləri ayrılma nəticəsində yeni yaranan şirkətlərə ötürülüb.
Onu da qeyd edək ki, son zamanlar Naxçıvanda “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərin də nizamnamə kapitallarında dəyişik və çoxsaylı parçalanmalar həyata keçirilib. Ehtimal olunur ki, bu dəyişiklik təsisçi dəyişiklikləri ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Rza və Seymur Talıbovlara məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub.



Xəbərin oxunma sayı : 535




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap