“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Ermənistan sərhəd məntəqəsində diversiya-kəşfiyyat fəaliyyəti ilə məşğuldur“ - Ceyhun Bayramov

Tarix 08.06.21, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov qonaqları səmimiyyərtlə qarşılayıb və ölkələrimiz arasında mövcud olan, tarixi əlaqələrə və qarşılıqlı dəstək və əməkdaşlığa əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli və çoxtərəfli müstəvilərdə uğurla həyata keçirilən əməkdaşlığın perspektivləri vurğulanıb.

Roman Naudinş bölgədəki cari vəziyyətlə tanış olmaq baxımından səfərin əhəmiyyətini qeyd edib. Bölgədə sülhün təmin olunması üçün əldə edilmiş razılıqlara riayət edilməsinin vacibliyini ifadə edib. Latviya Seyminin üzvü, həmçinin Azərbaycanın üzləşdiyi mina təhlükəsinin ciddiliyini vurğulayıb.

Nazir bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Ermənistanın sərhəd bölgəsində gərginliyin artırılmasına xidmət edən addımları, sərhəd məntəqəsində diversiya-kəşfiyyat fəaliyyəti, o cümlədən ərazilərin minalanması cəhdləri, eləcə də üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərin bərpası prosesi ilə bağlı qarşı tərəfə məlumat verib.

Görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin inkişafı, habelə parlamentlər arasında, humanitar sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.



Xəbərin oxunma sayı : 391




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap