| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
"İndi elə qadınlar var ki, Təhminə onların yanında rahibədir" - Anar
Tarix 12.08.21, 13:47 |
|
“32 ildir, mənim əvəzimi axtarırsınız, tapmırsınızâ€
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın APA-ya müsahibəsi
- Qəlyanınız hardadır, Anar müəllim?
- Mən dörd il əvvəl ürək əməliyyatı keçirmişəm. Həkimlər dedi ki, mənə bir dənə də siqaret çəkmək olmaz. İndi nə qəlyan, nə siqar çəkirəm. Siqareti isə gənc yaşlarımdan çəkirdim. İndi tərgitmişəm.
- Siqaretdən başqa nələri tərgitmisiniz?
- Hamıya inanmağı. Əvvəllər hamıya inanırdım...
- Kənardan çox sərt adama bənzəyirsiniz.
- Mən hər adamla cici-bacı ola bilmirəm. Bu da məncə, təbiidir. Çalışıram, adamlarla aramda sərhəd saxlayım. Amma o adamlar ki, mənə yaxındır, o adamlar mənimlə münasibətdə heç bir gərginlik hiss etmirlər. Mən necə varamsa, o cürəm. Bir dəfə mənim şəklimi verib yazıblar ki, görəsən, bu adam heç gülə bilirmi? Ondan sonra hər yerə gülən şəkillərimi verirəm. Siz də mənim gülən yerdə şəklimi çəkərsiniz (gülür).
- Azərbaycanın ilk Anarısınız. Sizin əsl soyadınız da Rzayev deyil.
- Bizim baba soyadımız Məmmədxanlıdır. Atam öz atası Mirzə İbrahimi erkən itirdiyi üçün dayısı Məmmədhüseyn Rzayevin himayəsində böyüyüb. Ona görə də onun soyadını götürüb.
- Məmmədxanlı soyadındakı “xanın†buna təsiri olmayıb ki?
- Yox, buna görə, yox. Dayısı ona atalıq etdiyi üçün dayısına hörmət əlaməti olaraq bu soyadı götürüb. Mən isə ümumiyyətlə, heç vaxt Rzayev yazmıram. Sadəcə, Anar yazıram. Azərbaycanda tək ad yazan ilk yazıçı mən olmuşam. Məndən sonra Elçin, Qabil və digərləri tək adla yazmağa başladı. Düzdür, mənə qədər tək adı ilə tanınanlar incəsənətdə vardı, məsələn, Niyazi... Ancaq ədəbiyyatda tək adla ilk dəfə yazan mən olmuşam.
- Bir tərəfiniz Rəfibəylilər, bir tərəfiniz Məmmədxanlılar. Bəlkə buna görə Sizin ədəbi yaradıcılığınız kəndli, fəhlə həyatından uzaqdır? Sizin əsərlərinizdə fəhlə, kəndli obrazları görmürük.
- Mən heç vaxt bəy, xan prinsipi ilə yazmamışam. Bədii əsərlərdə o adamlardan, o mühitdən yazıram ki, mənə tanışdır. Bu mühit şəhər ziyalıları mühitidir. Teatr işçiləri, televiziya işçiləri, jurnalistlər, memarlar müəllimlər... Əgər mən fəhlə ailəsində anadan olsaydım, yəqin ki, onlardan yazardım. Kasıb-varlı məsələsinə qalanda, mənim əsərlərimdə kifayət qədər kasıb adam var. “Dantenin yubileyiâ€ndə Kəbirlinski kasıblıqla yaşayır. “Otel otağıâ€nda Kərim ehtiyac içində yaşayan bir adamdır. Mən varlılardan yazmamışam. Əksinə, mənim qəhrəmanlarımın çoxu aşağı, ya da orta gəlirə malik olan adamlardır.
- Bəs, özünüz necə? Yoxsulluq görmüsünüz?
- Yox, görməmişəm. Atam şair olub, anam şairə. Az-çox qazanıblar. Düzdür, biz heç vaxt çox zəngin də olmamışıq. Ehtiyac içində olduğumuz vaxt evdəki xalçanı da satıblar. Ancaq deyə bilmərəm ki, kasıblıq çəkmişəm.
- İndi necə?
- İndi mənim nə dəbdəbəli evim, nə bağım, nə də şəxsi maşınım var. Maaşla, bir də deputat və Prezident təqaüdü ilə dolanıram.
- Çox vaxt Sizi “Beşmərtəbəli evin altıncı mərtəbəsi†əsəri ilə tanıyırlar. Məncə, Təhminənin məşhurluğunda Meral Konratın, Rasim Ocaqovun da ən az Sizin qədər rolu var. Məsələn, bir oxucu kimi Sizin “Mən, sən, o və telefon†hekayəsini daha çox bəyənirəm, nəinki bu əsəri.
- Təhminənin populyarlığı mənim xeyrimə olmadı, digər əsərlərimi kölgədə qoydu. Konkret olaraq, deyə bilmərəm ki, bu əsər o biri əsərlərimdən güclüdür, ya zəif. Elə əsərlər olub ki, öz dövründə məşhur olub, sonra unudulub, ancaq “Beş mərtəbəli evin altıncı mərtəbəsi†50 ildir, öz aktuallığını qoruyur. Bu əsər tək məhəbbətdən bəhs etmir, həm də azad olmayan cəmiyyətdə azad insanın faciəsindən bəhs edir. Təhminə azad olmayan bir cəmiyyətdə azad insandır. Onun bədbəxtliyi bundadır.
- Azərbaycan cəmiyyətində bu gün Təhminə kimi azad qadınların sayı çoxdurmu?
- Mən bu fikri bu yaxınlarda demişdim, yenə deyirəm. İndi həyatda elə qadınlar var ki, Təhminə onların yanında rahibədir.
- Yeri gəlmişkən, feminizmə münasibətiniz necədir?
- Mən hər şeyin dərəcəsində olmağının tərəfdarıyam: qadınların hüquqları qorunsun, qadınlar aşağılanmasın, qadınların əməyinə görə qiymət verilsin, ancaq feminizmi fetişləşdirməyin tərəfdarı deyiləm. “Qadındırsa, mütləq irəli çəkilməlidir†fikri ilə razı ola bilmərəm. İnsana əməyinə görə qiymət verilməlidir. Mənə elə gəlir ki, feminizmdə bir balaca ifrat var. Hər ifrat da həqiqətdən uzaq olur.
- Təhminə roluna niyə məhz Meral Konratı çəkmişdiniz? Axı, o dövrdə Meral öz ölkəsində də populyar deyildi. Bundan savayı, Azərbaycanda da bu rolda gözü olan aktrisalar vardı.
- Rasim istəyirdi ki, bu rola mütləq türk aktrisası çəksin. Biz birlikdə Türkiyəyə getdik. Bir neçə aktrisa ilə tanış olsaq da, Rasim Meralı görən kimi dedi ki, onu çəkəcək. Çəkdi də. Zaur roluna isə bir ərəb aktyoru çəkmək istəyirdi. Nəsə o aktyorla alınmadı. Fəxrəddini çəkdi.
- Bu gün ədəbiyyatda altmışıncılar nəslini qəbul etməyənlər az deyil. Həmin nəslin nümayəndəsi kimi bu Sizi narahat etmir ki?
- Allah onlara ağıl, sonra da ömür versin. Ona görə ömür versin deyirəm ki, belə bir söz var: “Kim cavanlıqda qiyamçı deyilsə, onun ürəyi, kim qırx yaşında qiyamçıdırsa, onun ağlı yoxdurâ€. İndi bunlar iyirmi yaşında qiyamçıdırlarsa, altmış yaşında ağıllı olmalıdırlar. Hər nəslin öz məziyyətləri var. Altmışıncılar ədəbiyyatımızda çox böyük yeniliklər edib. Biz nə özümüzdən əvvəlkiləri, nə də sonrakıları danırıq. Bizdən sonrakılar da bizi danmasın. Altmışıncılar olmasaydı, bu gün bizim ədəbiyyatımız olmazdı.
- Altmışıncıların bir növ bəxti gətirmişdi ki, Xruşşovun yumşaldılma siyasəti dövrünə düşmüşdülər. Həmçinin, sizin də. Ümumiyyətlə, özünüzü şanslı adam hesab edirsinizmi?
- Nankorluq olar həyatımdan narazılıq etsəm. Mən fəxr edirəm ki, Rəsul Rza ilə Nigar Rəfibəylinin oğluyam. Nə yaxşı ki, mən Zemfira xanım kimi bir qadına rast gəlmişəm. Bacılarımdan, övladlarımdan çox razıyam. Ümumilikdə isə insanın həyatında hər şeydən razı olması mümkün deyil.
- Zemfira xanım, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu və Siz bir məktəbdə oxumusunuz. Səmədoğluları uşaqlıqdan tanıdığınız üçün çox güman Səməd Vurğun haqqında daha artıq məlumata maliksiniz. Bəzən Səməd Vurğunun kimlərdənsə donos yazmağına dair fikirlər səslənir. Bu fikirlərə münasibətiniz necədir?
- Mən o fikirləri nadan, alçaq fikirlər sayıram. Səməd Vurğun böyük şairdir, Səməd Vurğun heç kimi satmayıb. Bəli, o, dövrünün tələbləri ilə Stalinə də şeir yazıb, partiyaya da şeir yazıb. Onun dövründə kim bunları yazmayıb ki? Səməd Vurğun ən çətin illərdə “Azərbaycan†şeirini yazıb. “Azərbaycan†şeiri Azərbaycanın poetik xəritəsidir. Milli şüurun oyanmasında Səməd Vurğunun böyük rolu var. Hər insanın səhvləri var. Ola bilsin ki, onun da səhvləri olub. Ancaq onun etdiyi böyük işlərin müqabilində səhvlərini qabartmaq lazım deyil. Ona qarşı o cür nankor münasibət yolverilməzdir. Bir də o yazanlar tək Səməd Vurğunun yox, Cəlil Məmmədquluzadənin də, Sabirin də, Axundzadənin də əleyhinə yazırlar. Elə bil ki, bunu yazan adamlar qəsdən erməni siyasətinə xidmət edirlər. Necə ki, ermənilər deyir, Azərbaycanın heç nəyi yoxdur, nə ədəbiyyatı, nə tarixi, nə də incəsənəti olub, bunu yazanlar da erməni deyəni sübut etmək istəyir. Digər tərəfdən, belə şeylər yazmaqla onlar diqqət çəkmək istəyirlər. İstəyirlər ki, bunlar haqqında desinlər ki, “gör e, bu Səməd Vurğunu tənqid edirâ€. Belə yollarla qazanılan şöhrətin ömrü üç gündür.
- Bu gün niyə Azərbaycan yazıçısı “Nobel†ala bilmir?
- Bu, nə abstrakt söhbətdir axı? Gərək mən də bu suala sualla cavab verim ki, niyə Kann, Venetsiya film festivallarında Azərbaycan filmləri birinci yerə çıxmır? Niyə Azərbaycan futbol yığması dünya çempionu deyil?
- Futbol klubu meydana on bir nəfərlik heyətlə çıxır, Yazıçılar Birliyinin isə görün nə qədər yazıçıyam deyən üzvü var. Bu qədər yazıçı arasında “Nobel†almaq bir yana, neçəsi dünyaya çıxa bilir?
- Çinin milyard yarım əhalisi var, cəmi bir yazıçısı “Nobel†alıb. Hindistanın bir milyard əhalisi var, cəmi bir yazıçısı “Nobel†alıb. “Nobelâ€i, əsasən, qərb ölkələri alır. Elə bilirsiniz, “Nobel†almaq asan məsələdir? Bunun siyasi tərəfləri də var axı. Ümumilikdə isə “Nobel†meyar deyil. Cəlil Məmmədquluzadə də “Nobel†almamışdı, Tolstoy da almamışdı, Prust da almamışdı, Kafka da. Bu, nəyi dəyişir? Nə olsun hamımızın xaricdə kitabı çıxıb, bu o demək deyil ki, dünya şöhrətli yazıçıyıq. Mən dünya şöhrətli yazıçı deyiləm, Azərbaycan şöhrətli yazıçıyam və bu, mənə bəsdir. Yazıçı birinci növbədə öz ədəbiyyatına xidmət etməlidir, öz xalqının məhəbbətini qazanmalıdır.
- Amma, məsələn, Cəlil Məmmədquluzadə də vaxtilə xalqının məhəbbətini qazanmamışdı...
- Niyə qazanmamışdı? Onu tənqid edənlər Şeyx Nəsrullahlar idi. Öz dövründə guya kimi bəyəniblər ki? Yazıçının bədbəxtliyi odur ki, öz dövründə onu daş-qalaq edirlər, öləndən sonra da o daşlardan heykəlini qoyurlar.
- Siz Çopur Cabbarlardan olmadınız, elə deyilmi?
- Olmadım. Mən Sovet dönəmində nə yazmışamsa, bu gün bir sətrini də dəyişmədən çap edə bilərəm. Mənimlə eyni dövrdə yaşayan yazıçılardan çoxumu bu sözü deyə bilər?
- Elçin deyir...
- Bəli, Elçin də deyə bilər bu sözü.
- Elçin, Anar və Əkrəm. Altmışıncıların daim adı birlikdə çəkilən dost yazıçıları...
- Elçinlə indi də dostuq. Əkrəmlə münasibətlərimiz isə sonradan pozuldu. Mən Əkrəm haqqında danışmaq istəmirəm. Çünki bir kəlmə deyirəm, ondan yapışırlar, onu gedib Əkrəmə deyirlər, Əkrəm danışır, sonra mən cavab verməli oluram. Ona görə də bu haqda danışmayacam. Bir vaxt Əkrəmlə dost olmuşuq, indi dost deyilik. Vəssalam.
- Ortaq türk dili ilə bağlı fikriniz hələ dəyişməyib ki?
- Xeyr, mənim fikrim bu gün də dəyişməyib. Mən həmişə bu fikirdə olmuşam ki, ortaq türk dili deyilən bir anlayış yoxdur, başqa bir anlayış var, ortaq ünsiyyət dili. Türkiyə türkcəsi türk xalqları arasında ünsiyyət dili ola bilər.
- Niyə məhz, Türkiyə türkcəsi?
- Ona görə ki, Türkiyə uzun zaman müstəqil olan tək türk dövlətidir. Türkiyə türkcəsi də uzun müddət inkişaf gələnəyi olan bir dildir. Əgər desələr ki, ortaq ünsiyyət dili Azərbaycan dili olsun, qırğız deyər niyə qırğız yox, Azərbaycan dili? Desək, qazax dili olsun, özbək deyər, niyə qazax dili olmalıdır? Eləcə də tatar dili. Amma Türkiyə türkcəsi ola bilər. Ancaq azərbaycanlı durub niyə türkcə danışmalıdır? Hər dilin özünəməxsusluğu, öz ənənəsi var. Niyə kimsə öz dilindən imtina etməlidir? Əgər biz o prinsiplə hərəkət edib əlifbamızdan “X†hərfini çıxarsaq, gərək “xırıldıya-xırıldıya can verir†əvəzinə “hırıldıya-hırıldıya can verir†deyək.
- Övladlarınız da yazır...
- Hə, düzü, istəmirdim ki, onlar yazıçı olsun. Çünki bilirəm bu işin çətinliyini. Ancaq qabiliyyətləri var, yazırlar. Zövqlü adamlar da onların yazdıqlarını bəyənir. Kimin məndən xoşu gəlmir, övladlarımı da bəyənmir. Mən indi deyəcəm ki, onlar istedadlıdır, o dəqiqə deyəcəklər ki, öz övladlarını tərifləyir, bir ailədən neçə yazıçı olar və s. Alçağın biri yazır ki, Anar ailə üzvlərinə də təqaüd verir. Nə mənim oğlum, nə qızım, nə yoldaşım təqaüd alır. Bircə mən alıram. Günelin hekayələri neçə dilə tərcümə olunub. Özü də bu bizim təşəbbüsümüzlə olmayıb. Həmçinin, Turalın istedadlı əsərləri var. Mən bunu demirəm, təbliğ eləmirəm, ancaq bunu danmaq da istəmirəm. Məndən narazı olan kimi ya atamdan yazırlar, ya uşaqlarımdan. Necə ki, bir vaxtlar mənim acığıma Rəsul Rza haqqında artıq-əskik yazırdılar. Belə şeyləri kişi yazırsa, nakişidir, qadın yazırsa, bunun daha da pis adı var. Mənim uşaqlarımın biri narkoman, ya alkoqolik, qumarbaz olsaydı, bunlar necə sevinərdi.
- Üzeyir Hacıbəylini ən böyük şuşalı adlandırırlar. Üzeyir bəy haqqında filmin ssenari müəllifi və rejissorusunuz. Filmin bəzi hissələri də Şuşada çəkilib. 29 illik işğaldan sonra Üzeyirin vətənində, filmi çəkdiyiniz Şuşada olanda hansı hisslər keçirdiniz? İşğaldan azad olunmuş Şuşanı necə gördünüz?
- Bəli, Üzeyir bəyin uşaqlığı Şuşada keçdiyi üçün “Uzun ömrün akkordları†filmini Şuşada çəkmişdik. Şuşa, Şuşanın təbiəti elə həmişəki kimi gözəl idi. Ancaq vandallar şəhərdəki tikililəri dağıdıb xarabazara döndəriblər. Ümid onadır ki, Şuşa yenidən bərpa olunaraq əvvəlkindən də gözəl olacaq.
- Sizcə, bütün olanlardan sonra azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?
- Azərbaycanlılarla ermənilər Moskvada bir yerdə yaşayırlar, Gürcüstanda,
Türkiyədə bir yerdə yaşayırlar. Bu avantürist daşnak erməni millətçiləri olmasa,sadə erməni azərbaycanlılarla niyə yaşamasın? Bunları yoldan çıxaranlar var.Amerikada, Fransada, Rusiyada firavan yaşayan erməni varlıların, öz xalqını qızışdırıb pis günə qoyanların nə veclərinə? Mən həmişə deyirəm ki, erməni ana öz uşağına deyirsə ki, “sən böyüyəndə türk öldürməlisənâ€, deməli, bu ana cani yetişdirir. O, sabah təkcə türk yox, həm də erməni öldürə bilər. Necə ki, öldürür. Necə ki, o vaxt Sumqayıtda ermənilər erməniləri öldürmüşdü. Erməni millətinə yazığım gəlir. Onlar birdəfəlik başa düşməlidir ki, Azərbaycanla Türkiyə ilə düşmən olmaq onlara heç nə qazandırmayacaq. Normal münasibətlər olsaydı, Qafqaz cənnətə çevrilə bilərdi.
- Ədəbiyyat ideologiyaya xidmət etməlidirmi?
- Ədəbiyyat həqiqətə xidmət etməlidir. Əgər həqiqət ideologiyaya uyğun gəlirsə, ancaq o halda ədəbiyyat ideologiyaya xidmət edə bilər.
- Anar niyə Yazıçılar Birliyinin sədri vəzifəsindən getmir?
- Deyirlər ki, Anar əvəzedilməz adam deyil, mən də onlarla razı. Ümumiyyətlə, əvəzolunmaz adam yoxdur. Hamını əvəz etmək olar, ancaq Siz 32 ildir ki, mənim əvəzimi axtarırsınız, tapmırsınız axı. Tapın da, niyə tapmırsınız? Çünki birinin istədiyini o biri qrup istəmir. Ona görə də deyirlər ki, qoy, elə Anar qalsın. Əgər məni yüz adam sevirsə, üç adam əleyhimədir. Bu gün Yazıçılar Birliyinin 2000 üzvü var. 2000 üzvdən 1900-ü mənim tərəfimdədir. Mən dörd qurultayda yekdilliklə sədr seçilmişəm. İndi kimsə mənim əleyhimədirsə, bu da təbiidir. Çünki onların təmənnaları var. Biri ad istəyir, biri mükafat, biri təqaüd... Hərdən cavanları da çaşdırırlar. Ancaq mən sevinirəm ki, gec-tez cavanlar da ayılırlar. Bir vaxt deyirdilər ki, biz bayrağımızı Yazıçılar Birliyinə sancacağıq, Anarı avtomatla ordan çıxaracağıq. Biz qoymadıq ki, Yazıçılar Birliyi dağılsın. Gərək buna görə bizə minnətdar olsunlar. Biz buranı qorumasaydıq, onlar buranı otaq-otaq satacaqdılar. Elə davaları da o idi ki, gələk buranı dağıdaq, sataq.
- Anarın gənclərlə arası necədir?
- Çox yaxşı. Bir də görürsən, deyirlər ki, Anarın gənclərlə arası yoxdur. Halbuki mən gələndən sonra bura nə qədər gənc gəlib. Çingiz də, rəhmətlik Arif Əmrahoğlu da, Rəşad da bura gələndə cavan idi. Bu gün də Yazıçılar Birliyinə gənc kadrlar gəlməkdədir. Bu gün “Ulduz†jurnalı tamamilə cavanların ixtiyarına verilib. “Gənc Ədiblər Məktəbi†var, Gənclər Şurası var, gənclərə təqaüd veririk, kitablarının təqdimatını keçiririk, mükafat veririk. Bundan artıq gənclərə neyniyə bilərik? O, “cavanların tərəfindəyik†deyənlər desinlər görək onlar cavanlar üçün nə ediblər? Ancaq deyinirlər, vəssalam. Mənim haqqımda ağzına gələni yazanlar, mənim qanımı içməyə hazır olanlar bu gün “Ədəbiyyat qəzetiâ€ndə ən çox çap olunanlardır. Təqaüd üçün cəmi 50 yer var, o 50 yer üçün də 200 ərizə. Deməli, biz o müraciətlərin ¼-nə təqaüd verə biləcəyik, ¾-ü də bizdən narazı qalıb, başlayacaq əleyhimizə yazmağa. Deyirlər ki, mən bu il təqaüd almasam, ölərəm. Bu günə qədər almamısan, necə yaşamısan? Bir tərəfdən Yazıçılar Birliyi dağılsın deyirlər, bir tərəfdən də Birliyə üzv olmaq üçün ərizə yazırlar. Üzvlük üçün 200-dən artıq ərizə var.
- Növbəti qurultayda da namizədliyinizi verəcəksinizmi?
- Bəli, növbəti qurultayda da namizədliyimi verəcəm.
- Yorulmamısınız?
- Hərdən düşünürəm ki, bəlkə də mən başqa yolla getməliydim ki, çoxlu pulum, sərvətim olsun, keflə yaşayım. Əvəzində yüzlərlə yazıçının qayğısını, hətta nazını
çəkməli oldum. Mənim bütün həyatım zəhmətlə keçib. 32 ildir, Yazıçılar Birliyində nə əziyyət çəkirəm, bir Allah bilir. Mən inanıram ki, Allah var, o bunları görür. Mən Allaha uşaqlıqdan inanmışam, həmişə inanmışam.
- Bəs, o biri dünyaya necə?
- Allaha inanıramsa, deməli, o biri dünyaya da inanıram. Allah varsa, deməli, başqa bir dünya da var. Bəlkə bu bir az eqoist hissdir, mən Allaha bir də ona görə inanıram ki, məni o dünyada da yaşadacaq.
- O qədərmi arxayınsınız o dünyanızdan?
- Arxayın deyiləm. Heç bir şeyə arxayın olmaq olmaz. Burda bir məqam var. Əgər o dünya varsa, biz orda da belə oturub söhbət edə biləcəyik. Əgər yoxdursa, mən bunu bilməyəcəm.
- Savablarınız çoxdur, yoxsa günahlarınız?
- Savablarım...
Xəbərin oxunma sayı : 886
Müsahibə
Xəbərlər
-
Tələbələrə 6 aylıq vaxt verildi - Bu halda ləğv ediləcək!
-
Azərbaycanda 100 məktəblə bağlı yeni qərar - Nələr nəzərdə tutulub?
-
Yeni Yasamalda narazılıq - Yaşıllıq və uşaq meydançasının yerində tikinti aparılır - VİDEO
-
Sabiq deputat işdən çıxarıldı - Milyonluq mülkləri ilə gündəm olmuşdu
-
“Azərbaycan tərəfi sözügedən sənədlərə qoşulmayıb” – Rəsmi Bakı
-
“Elə məsələlər var ki, açıqlaya bilmirəm” - Volodimir Zelenski
-
Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Starlink-dən Ukraynaya yeni məhdudiyyət: İşğal olunmuş ərazilərdəki əməliyyatlar dayandı
-
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi: “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO
-
Bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır - Tarix açıqlandı
-
Etibar Pirverdiyevin milyonları: 17 illik “AZƏRENERJİ” dövrünün qaranlıq sirləri açılır!
-
Nazirin icraçı direktor təyin etdiyi Nigar Kərimova kimdir? - Dosye
-
Deputatın oğlunun şirkəti eyni mənzilə görə iki ayrı ödəniş tələb edir? - FOTO
-
Vaxtı keçmiş mal satan mağazalar cərimələnəcək - 6 min manat
-
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
-
Əhalinin nəzərinə: Bu şəxslərə pulsuz ərzaq veriləcək
-
“Britaniya-Azərbaycan münasibətləri daha da möhkəmlənib“ - Səfir
-
MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı
-
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
“TikTok“da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var
-
Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil - Kuşner
-
Prezident Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - FOTOLAR
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması
-
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
-
Bakıda avtobuslar üçün yeni mübadilə mərkəzi tikilir - VİDEO
-
Zelenski Avropaya xəbərdarlıq etdi: Rusiya və ABŞ nəyi müzakirə edir?
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Yükdaşıma sektorunda vergi qaydaları dəyişir - Yeni güzəşt təklif olunur
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
“İrəvandakı Göy məsciddə şou düzənlədilər“ - QMİ-dən sərt etiraz
-
Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
KTMT-də Ermənistan bağlı qərar verildi - Bu hüquqdan məhrum edildi
-
Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!
-
“AzParking”dən sürücülərə xəbərdarlıq: “Digərləri etibarsızdır”
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
-
Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı - FOTOLAR
-
Azərbaycanda əməkhaqqı 30 qəpik azalıb - Rəsmi məlumat
-
Prezident xanımı ilə Liderlər Sammitində - FOTOLAR
-
Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
-
Dövlət Yol Polisinin adından fişinq hücumları var - XƏBƏRDARLIQ
-
Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
-
“Vətəndaşın haqqı ödənilməlidir“ - Nazirdən bələdiyyələrə irad
-
Hərraca çıxarılan villaların sahibi kimdir? - Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq…
-
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
-
İlham Əliyevi Ərdoğan və Quterreş qarşılayıb - VİDEO
-
Şəxsi təsərrüfatdan əldə edilən süd və yumurtadan da vergi alınacaq? - Video
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Saatlıq əməkhaqqı aylıq maaşdakı tarifdən - Yüksək müəyyən ediləcək
-
Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri - Azərbaycan Respublikasının Konstitusiyası
-
Bayrağımız Azərbaycan dövlətinin suverenliyinin rəmzidir
-
Üçrəngli bayrağımız milli qürur hissimizin ən uca zirvəsidir
-
Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
TOP 10
ARXİV






