“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qarabağ münaqişəsi başa çatıb, gələcəyi düşünmək vaxtıdır“ - Allahşükür Paşazadə

Tarix 13.10.21, 15:48

Font ölçüsü : - / +
bitmap-img6


"Fikrimizcə, Qarabağ münaqişəsi artıq başa çatıb, indi gələcək haqqında, sülh haqqında danışmaq, regionu sabit və təhlükəsiz etmək vaxtıdır”.

AzFakt.com "Report”a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskva şəhərində Azərbaycan, Ermənistan, Rusiya dini liderlərinin görüşü başa çatandan sonra bildirib.

O, dayanıqlı sülhün bərqərar olması naminə bu günədək davam etdirdiyi dəyərli sülhməramlı səylərinə görə Moskva və Rusiya patriarxı Kirilə, onun timsalında Rus Ortodoks Kilsəsinə təşəkkür edib.

"Əziz qardaşım, uzun illərdir Ermənistan – Azərbaycan münaqişəsinin dinc və ədalətli həlli üçün göstərdiyiniz sülhpərvər səylərə görə zati-müqəddəslərinizə hədsiz minnətdarıq və səmimi qəlbdən təşəkkür edirik. Dialoqun davam etməsi və qarşılıqlı etimada nail olması yolundakı qətiyyətinizi də yaxşı xatırlayırıq. Müəyyən qüvvələr tərəfindən bu münaqişəni dini müstəviyə sürükləmək marağına baxmayaraq, Sizin müdrik mövqeyiniz, sülhpərvər fəaliyyətiniz sayəsində bunun qarşısını almaq mümkün oldu”, –  QMİ başçısı deyib.

A.Paşazadə xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında suveren hüquqlarına əsaslanaraq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, başqa beynəlxalq təşkilatların müvafiq sənədlərinə uyğun olaraq beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edib: "Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı imzalanmasından sonra iki ölkə arasında hərbi əməliyyatlara, silahlı münaqişəyə son qoyulması Cənubi Qafqazda qisasçılıq təbliğatını, Azərbaycan və Ermənistan arasında düşmənçilik çağırışlarını istisna edən, xalqlarımızın rifahı naminə əməkdaşlığa başlamağı nəzərdə tutan yeni bir dövrün başlamasına şərait yaradır”.

Onun sözlərinə görə, Azərbaycanın siyasi və coğrafi xəritəsində "Dağlıq Qarabağ” adlı hər hansı vahid yoxdur: "Bu gün Xankəndidə, ətraf yaşayış məntəqələrində yaşayan ermənilər başqa milli icmaların nümayəndələri kimi Azərbaycanın vətəndaşlarıdır, Azərbaycan Respublikasının qanunlarına əməl etməyə borcludurlar. Status məsələsinə gəlincə, Azərbaycan üçün bu məsələ müzakirə mövzusu deyil, ələlxüsus da dinlərarası dialoq çərçivəsində”.



Xəbərin oxunma sayı : 610




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap