Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ağdam Dövlət Dram Teatrında nələr baş verir? - Direktor 100 min manatı mənimsəyib?

Tarix 25.11.21, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


Ağdam Dövlət Dram Teatrında böyük korrupsiya yaşanır. 

Bu barədə AzFakt.com-a ünvanlanan məlumatda qeyd olunur ki, teatrın direktoru Məhəmməd Hüseynov pensiya yaşına çatıb və gələn ilin əvvəlində tutduğu vəzifədən ayrılacaq. Vəzifədən ayrılmadan öncə isə Məhəmməd Hüseynov özünün rahat qocalığını təmin etmək məqsədi ilə böyük mənimsəməyə əl atıb. 

Teatrdan AzFakt.com-a verilən məlumata əsasən ötən il Ağdam Dövlət Dram Teatrının maddi texniki bazasının yaxşılaşdırılması məqsədi ilə büdcədən ayrılan 100 min manat vəsaiti nəqdləşdirərək mənimsəyib. 

Direktor Ağdam Dövlət Dram Teatrının maddi bazasını isə özünə aid olan videostudiyadan və evindən gətirdiyi avadanlıqlarla “yaxşılaşdırıb”. Həmçinin iddiaya görə direktor Məhəmməd Hüseynov bəzi teatrlardan silinmiş inventarları və köhnə paltarları alaraq Ağdam Dövlət Dram Teatrının maddi bazasını “zənginləşdirib”. Əldə etdiyi 100 min manatın 50 min manatını isə direktor Abşeron Gənclər Şəhərciyində aldığı mənzilə sərf edib. Yerdə qalan 50 min manata isə özünə yeni avtomobil alıb.

Eyni zamanda bildirilir ki, təqaüdə çıxmağa hazırlaşan direktor bu vaxta qədər “ölü can” olaraq saxlayıb maaş lartlarını özündə saxladığı ştatları da “satışa” çıxarıb. Qeyd edilir ki, ötən ay işə alınan yeni işçilərin sayının artması da bunun göstəricisidir. Yeni götürülən işçilərin ştatları barədə isə bu günə qədər çox az adam məlumatlı olub. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com



Xəbərin oxunma sayı : 1489




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap