Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Ümumi gəlirlərin 89%-i Bakının payına düşür” - Samir Şərifov

Tarix 22.11.21, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında iştirak edib. “Report” parlamentə istinadən xəbər verir ki, nazir millət vəkillərinin qaldırdığı məsələlərlə bağlı ətraflı izahat verib.

Satınalmalarla bağlı qaldırılan bəzi məsələlərin hökuməti də qane etmədiyini qeyd edən nazir bu sahənin təkmilləşdirlməsi istiqamətində işlər aparıldığını deyib. Subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan nazir subsidiya həcmlərinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib. Ümumi gəlirlərin 88,8%-nin Bakı şəhərinin, 11,2%-nin digər regionların payına düşdüyünü qeyd edən S.Şərifov regionların gəlirlərinin müəyyən hissəsinin rayonlarda saxlandığını bildirib. O, həmçinin avtomobil parkının yenilənməsində hökumətin elektromobillərə və hibrid avtomobillərə üstünlük verdiyini bildirib və bu istiqamətdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər barədə məlumat verib.

Nazir büdcə vəsaitlərinin idarə olunması ilə bağlı da deputatlara məlumat verib. Qaldırılan bir çox məsələlər üzərində hökumət tərəfindən iş aparıldığını vurğulayan S.Şərifov bildirib ki, deputatların təmsil etdikləri rayonlarla və seçicilərlə bağlı gündəmə gətirdikləri problemlər əsasən növbəti büdcə planlaşdırılmasında öz həllini tapa biləcək məsələlərdir.



Xəbərin oxunma sayı : 457




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap