Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Qubada kişi qısqanclıq zəminində müdirini öldürdü - TƏFƏRRÜAT

Tarix 08.06.22, 10:52

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 3-də saat 23 radələrində Qubada törədilmiş qətlin bəzi detalları üzə çıxıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisəni törədən 1968-ci il təvəllüdlü Kərim Baxışov qətlə yetirdiyi 1963-cü il təvəllüdlü Eldar Hacıyevin təsərrüfatında işləyirmiş.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, qətl qısqanclıq zəminində törədilib. Belə ki, K.Baxışov gecə saatlarında evinə gələn müdiri ilə mübahisə edib. Qısqanclıq zəminində baş verən mübahisə münaqişəyə çevrilib və 54 yaşlı kişi 59 yaşlı iş adamını bıçaqlayaraq öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 1354




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap