Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Nazirlər Kabinetinin şöbə müdiri milyonluq obyekt tikdirir - FOTOFAKT

Tarix 06.07.22, 12:41

Font ölçüsü : - / +
bitmap-img6


Əli Əsədovun sabiq köməkçisi Zakir Paşayev Bilgəh qəsəbəsində 0.12 sot ərazidə tikinti sahəsi 720 kvadrat metr olan 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirir...

Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları artıq çoxdan adi hal alıb. Bu hal, o qədər adiləşib ki, hətta xalq arasında villaları, milyonluq biznes obyektləri olmayan məmurlara “anormal məmur” kimi baxırlar. 

Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər arasında fərq isə böyük ziddiyyət təşkil edir. Və çox qəribədir ki, Azərbaycanda bir çox məmurların ailə üzvüləri “iş adamı” olurlar...

Bir çox məmurlar isə qanunun tələblərini pozaraq açıq-aşkar öz adları ilə biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. 

AzFakt.com xəbər verir ki, belə məmurlardan biri də Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zakir İlqar oğlu Paşayevdir.



AzFakt.com Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xaralterli məlumat bazasına istinadən xəbər verir ki, Zakir Paşayev Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.12 sot ərazidə tikinti sahəsi 718.48 kvadrat metr olan 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirir.

Zakir Paşayevin adına sənədləşdirilən obyektin hazırkı bazar qiymətinin isə 1 milyon manatdan çox olduğu deyilir.

Bildirək ki, Zakir Paşayev 2019-2020-ci illərdə Baş Nazir Əli Əsədovun köməkçisi vəzifəsində işləyib. 2020-ci ildən isə Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışır.

Qeyd edək ki, məsələ ilə bağlı Zakir Paşayevin mövqeyini örgənmək üçün göndərdiyimiz sorğudan bir neçə saat sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xaralterli məlumat bazasında şöbə müdiri ilə bağlı məlumat silinib
Bu barədə isə növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 







Xəbərin oxunma sayı : 2368




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap