| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Rusiyaya qarşı psixoloji müharibə aparmağın yolları – “Politico”
Tarix 19.09.22, 13:47 |
|
ABŞ-ın “Politico†qəzetində Rusiyaya qarşı psixoloji müharibənin aparılması yolları haqda məqalə dərc olunub. Məqalənin müəllifləri vaxtilə ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra etmiş Devid Şedd və Demokratiyanı Müdafiə Fondu nəzdindəki Media Dürüstlüyü Mərkəzinin məsləhətçisi İvana Stradnerdir.
Novator.az saytının məlumatına görə, məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putinin söykəndiyi təbliğatı puça çıxarmaq, ifşa etmək gərəkdir və ABŞ-ın buna nail olmaq üçün real imkanları var.
Fevral ayından Rusiyanın Ukraynada total müharibəyə qərar verib yeni ərazilər işğal etdiyini, son həftələrdə isə ukraynalıların uğurlu əks-hücumları qarşısında duruş gətirməyib geri çəkilməyə başladığını xatırladan məqalə müəllifləri bildirirlər ki, Ukrayna uğrunda mübarizənin qələbə ilə bitməsi üçün təkcə döyüş meydanında yox, psixoloji müharibə müstəvisində də irəliləmək gərəkdir.
Müəlliflərin fikrincə, ABŞ Ukraynanın yüksək texnologiyalı silahlarla təmin olunmasına liderlik etdiyi kimi Rusiyaya qarşı psixoloji müharibənin aparılması prosesinin də başında durmalıdır.
Rusiyada millətçi əhval-ruhiyyənin gücləndiyini, hazırda Rusiya vətəndaşlarının 56 faizinin sovet diktatoru İosif Stalina “böyük rəhbər†kimi baxdığını xatırladan məqalə müəllifləri hesab edirlər ki, əslində bu vəziyyət ABŞ-a Kremllə psixoloji müharibədə yeni fürsətlər verir: “Məsələ burasındadır ki, Putin Ukraynada qanlı müharibə aparmaqla 20 ildən çoxdur millətçi ritorika ilə təbliğ etdiyi “əzəmətli Rusiyaâ€nı daxildə də, xaricdə də ayaq altına atıb. Təsirli informasiya əməliyyatları ilə bunu vurğulamaq, rusiyalılara onların ölkəsinin beynəlxalq aləmdə hörməti və nüfuzu olan bir dövlətdən təcrid edilmiş ölkəyə çevrildiyini anlatmaq lazımdır. Bu, bir çox rusiyalıda ölkənin itirilmiş şöhrətini qaytarmaq istəyinə stimul verə bilər.
Eyni zamanda Putinin neçə vaxtdır aşılanan güclü lider imicini sarsıtmaq Kremlpərəst seçicilər arasında ona dəstəyi zəiflədə bilərâ€.
Məqalədə qeyd olunur ki, belə məlumatlar Rusiya ictimaiyyətinə, o cümlədən millətçi kəsimə Putinin müharibəni necə zəif idarə etdiyini göstərə bilər.
Məqalə müəllifləri Putinin və onun adamlarının korrupsiya yolu ilə əldə etdiyi qazancın ifşasını da vacib sayırlar: “Uğurlu təbliğat kampaniyası zamanı rusiyalı oliqarxların sərvəti ifşa edilməli, eyni zamanda 20 milyona yaxın rusiyalının yoxsulluq içində yaşadığı bir dövrdə Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillin 40 min dollarlıq “Breguet†saatından necə zövq aldığına diqqət yönəldilməlidir.
Bu cür təbliğatda yumor da güclü vasitə ola bilər. Rusiyada sərt senzura dövründən “Dilin sənin ən qəddar düşmənindir†kimi bir fikir formalaşıb. Yəni sağ qalmaq istəyirsənsə danışığına diqqət yetirməlisən.
2019-cu ildə Rusiya parlamenti dövlətə, onun rəsmilərinə və ölkə cəmiyyətinə “açıq-aşkar hörmətsizliyə†görə həbs cəzası nəzərdə tutan qanun qəbul edib. Amma hətta Stalin də siyasi etirazın ən populyar formalarından olan satiranı dayandıra bilməmişdi.
İndi ABŞ informasiya əməliyyatları ilə yumora meyli canlandırmalı, ruslara öz zarafatlarına duz qatmaq imkanı verməlidir. Ukraynada müharibə başlanandan bəri Putin Stalin irsinə çoxsaylı istinadlar edib. Götürək elə Stalinin “Həyatımız daha şən, daha gözəl olub, yoldaşlar!†şüarını. Putini ələ salmaq üçün bu şüarı Rusiyanın hazırkı durumuna asanlıqla şamil etmək olar.
Kreml bilir ki, yumor informasiya əməliyyatlarında təhlükəli alətə çevrilə bilər. Cəmi bir neçə il əvvəl Rusiya Mədəniyyət Nazirliyi satirik hit sayılan “Stalinin ölümü†filminin nümayişinin qadağan olunması haqda qərar qəbul edib. Nazirlik öz qərarını filmin “ekstremizmə xidmət etməsi və rus xalqını alçaltmaq məqsədi daşıması†arqumenti ilə əsaslandırmağa çalışıb. Ancaq informasiya məkanına daxil olmuş hər satiranı izləmək və bloklamaq da mümkün deyil.
ABŞ-ın informasiya əməliyyatları həm də Rusiyada yaşayan etnik azlıqlar arasında Kreml əleyhinə ovqatı körükləməyə yönəlməlidir. Buryatlar, yakutlar, çeçenlər daima Rusiyada ayrı-seçkiliyə məruz qalırlar, dövlət isə həmişə buna göz yumur.
Bəlli olduğu kimi Rusiya Ukrayna döyüşlərinə etnik azlıq nümayəndələrini daha çox cəlb edir. Nəticədə etnik azlıqlar arasında itkilər çoxalıb. Bu isə Kremlin kasıb bölgələrdə yaşayan, məşğulluq imkanlarından məhrum insanları daima istismar etdiyinə növbəti sübutdur.
Putin etnik azlıqların çoxmillətli Rusiyanı parçalaya biləcək separatçı hərəkatlar yarada biləcəyindən də ehtiyatlanır. Ona görə də öz hakimiyyət sistemini etnik azlıqlara sırımağa çalışır. Məsələn, Moskva hələ 1990-cı illərdə müstəqilliyə qərar vermiş Tatarıstan Respublikasının rəhbərini bu yaxınlarda respublika prezidenti titulundan məhrum edib. Vaşinqton elə etməlidir ki, Rusiyada hər bir tatar nə itirdiyinin fərqinə varsın və öz hüquqları uğrunda mübarizəyə qalxsın.
Soyuq müharibə dövründə ABŞ açıq və gizli şəkildə müxalif sovet qruplarına dəstək verirdi. Mühacirətdə olan rusiyalı dissidentlərlə ünsiyyət qurmaq, onlara tribuna vermək yenə lazımdır, amma bu nə qədər vacib olsa da, sadə rusiyalıların rəyini dəyişdirmək baxımından ən təsirli vasitə sayıla bilməz. Putinpərəst rusiyalılar dissidentlərin kanallarını izləmirlər. Onları fəth etməyin ən təsirli yolu Rusiya cəmiyyətinin öz içində iş aparmaqdır.
Rus mədəniyyətinin ən vacib elementlərindən biri etimaddır. Rusiyalılar müxalif fikri etibarlı hesab etdikləri mənbədən eşidəndə öz ayıq-sayıqlıqlarını itirirlər. Ona görə ABŞ Kremlin Rusiyada yaydığı dezinformasiyaları zəiflətmək üçün sosial mediada nüfuzlu rusdilli şəxslərlə əməkdaşlığa can atmalıdır.
Neçə ildir Putin Qərbin informasiya məkanına fəal şəkildə təsir göstərir. O, Avropada, ABŞ-da seçkilərə müdaxilə edib, Birləşmiş Ştatlarda vətəndaş qarşıdurmasını qızışdırıb, hər vəchlə demokratik institutları zəiflətməyə çalışıb. İndi ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiya diktatorunu müdafiəyə çəkilmək məcburiyyətində qoya bilər. ABŞ-ın Rusiya ərazisində effektiv informasiya əməliyyatları aparması üçün kifayət qədər imkanları var. Putinin indi gerçəkdən zəif olduğu haqda sadə həqiqəti yaymaq isə ən güclü silahdan da təsirli vasitədirâ€.
Xəbərin oxunma sayı : 1033
Analiz
Xəbərlər
-
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI
-
Su və Meliorasiya İnstitutunun strukturu təsdiqləndi - 435 ştat vahidi müəyyən edildi
-
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi - FOTO
-
TƏBİB-in təcili yardım maşınları ilə bağlı tapşırığı: Bakıda sirenlər susmur
-
Sumqayıtda velosiped oğurluqlarının qarşısı alınıb - Həbslər var
-
Dövlət xidmətinin rayon şöbəsində insident - Həbs olunan var
-
İkinci əl avtomobillərin satışında mühüm dəyişiklik - Kimlərə şamil olunacaq?
-
Anbarlarda yer qalmadı, büdcə boşalır: Hindistanı çıxılmaz vəziyyətə salan “düyü bolluğu“
-
Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
-
Təhsil müəssisələri hələ də odun ilə qızdırılır? - FOTOFAKT
-
“Adlarını birinci görməyəndə stres keçirirlər” - Zahid Oruca söz atdı
-
Baş redaktor İnam Kərimova müraciət etdi - “Sizdən xahiş edirəm ki...“
-
Naxçıvana yanacaq tədarükü hardan həyata keçirilir? - SOCAR açıqladı
-
Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - Parlament ilk oxunuşda qəbul etdi
-
Taksi sürücülərinin vergi ödəmə qaydası dəyişdirilir - Artacaq, yoxsa azalacaq?
-
Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO
-
Azərbaycanda evini kirayəyə verənlərlə bağlı yenilik: Vergi qaydaları dəyişir
-
TRİPP layihəsi nə vaxt tamamlanacaq? - Nazir detalları açıqladı
-
Qələbə dairəsində hərəkətdə dəyişiklik edildi - VİDEO
-
Azərbaycanda pensiya və sosial yardım alanların sayı AÇIQLANDI
-
MDB-nin subay prezidenti - Maya Sandu “Persona”da
-
Dünyanı qorxudan xəbərdarlıq - Hökumətlərə çağırış edildi
-
İşsiz qalıb, pensiyasını da bərpa edə bilmir - “3 aydır həkimlərdəyəm”
-
“Möhürü də var, apostil də olunub, amma universitetdən cavab gəlir ki, belə tələbəmiz yoxdur” - Şikayət
-
ABŞ-ın Küveytdəki bazasına zərbələr endirilib - SEPAH
-
Ramiz Mehdiyev ona verilən cəzadan narazıdır - Şikayət edib
-
Mərdəkan qəsəbəsində yataqxana binası yandı - VİDEO
-
Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı - Video
-
Britaniyadan Ukraynaya hərbi yardım - “Gripen“ qırıcıları ilə bağlı da razılaşma var
-
Yeni rüsum Gürcüstandan gətirilən avtomobillərin qiymətinə təsir edəcək? - VİDEO
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - VİDEO
-
8 Noyabr prospekti 2 həftədir təmirdədir... - “Nə var üstünü örtməyə?”+Video
-
“Mançester Siti” Holanı satmağa hazırlaşır - 175 milyon avro tələb edcək
-
Bu cihaz olmadığından özəl xəstənalara üz tuturlar - VİDEO
-
Anna Akopyan tıxacda qaldı -Qadın sürücüləri etiraza çağırdı
-
Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir
-
ƏDV güzəşti uzadılır - çörək və ərzaq ucuzlaşacaqmı?
-
Prokuror məşhur iş adamlarına cəza istəyəcək - 800 min manatlıq mənimsəmə
-
“Meridian Luks“, “Vegas City Hall“, “Sarı Gəlin“ şadlıq saraylarında nöqsanlar - Camış əti, saxta kürü...
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
Etibar Pirverdiyevin adı keçən prosesin qapalı keçirilməsi tələb olundu - QALMAQAL
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Binəqədidə 23 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
“İran Vaşinqtona hücum etsə, ABŞ görünməmiş cavab zərbəsi endirəcək“ - Tramp
-
Azərbaycanda orta aylıq maaş 1173 manata çatıb - Bəs vətəndaş niyə bahalıqdan şikayətlənir?
-
Bakıdakı insidentin təfərrüatı: Sevgilisini başqa qadınla tutubmuş - VİDEO
-
“Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta mesajlar göndərirlər - XƏBƏRDARLIQ
-
“Azərbaycan Restaurants“ audit tələbini yerinə yetirmədi - Cərimə olundu
-
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - FOTOLAR
-
Bakıda ilin ən uzun gecəsi olacaq - Tarix açıqlandı
-
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
-
Yol-nəqliyyat hadisələri ən çox hansı günlərdə baş verir? - Rəsmi məlumat
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi: yeni qanunda nə deyilir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İran ABŞ-də “çirkli bomba” partlatmağa hazırlaşır - CNN
-
Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi
-
Bu şəxslərə 70 milyonluq dəstək: 600 mənzil və avtomobillər
-
Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı - VİDEO
-
“ATA Tinqçilik“in 37 min avroluq işi: Direktorun ölkədən çıxışına “stop“ qoyuldu
-
Din xadimləri ilə bağlı yayılan məlumatlar barədə - Xəbərdarlıq
-
“Türkiyəyə bir də zibilli ayağını basmayacağını bəyan edir...“ - Deputatdan sərt açıqlama
-
Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
-
Dövlət şirkətlərində kütləvi ixtisarlar gözlənilir - Hansı qurumlar bağlanacaq?
-
“Parlament danışmaqxana deyil” - Spikerdən deputata irad
-
Ev sahibini hədələyib 11 min manat alanlar tutuldu - FOTO
-
Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası
-
Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA
-
Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü
-
Yollarda faciəvi statistika: 9 ayda 500 nəfər ölüb
-
Dərsliklər niyə narazılıq yaradır? - Nazirlik ictimaiyyətin passivliyini əsas gətirdi
-
Azərbaycana 314 milyon dollarlıq smartfon idxal edilib - Ən çox hansı ölkədən gətirilib?
-
Təcili tibbi yardım sistemində idarəetmə böhranı: TƏBİB rəhbərliyi vəziyyətə nə zaman müdaxilə edəcək?
-
Epşteyn həbsxanada öldürülmüş ola bilər - Məhkəmə-tibbi ekspert şübhəli məqamları açıqlayıb
-
Prokuror cəza istədi, məhkəmə bəraət verdi - Bakıda səs-küylü dələduzluq işi
-
Bakıda sərxoş kişi əvvəl maşını mağazaya çırpdı, sonra qadını yumruqladı - VİDEO
-
Nazir generallara ali hərbi rütbələrini təqdim etdi - FOTOLAR
-
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı
-
Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
-
İsrail 2006-cı ildə iranlı generalı İstanbulda qaçıraraq öldürüb – NYT
-
Türkiyədə Sözcü TV-də əməliyyat keçirilib - Kanala qəyyum təyin edilib
-
Bülbülə gölündə bənd yarıldı: Evlər su altında qaldı (VİDEO)
-
Hikmət Hacıyev Aİ rəsmiləri ilə bir araya gəldi - Nələr müzakirə olunub?
-
Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - FOTO
-
“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb
-
Azərbaycan-Böyük Britaniya əməkdaşlığı: regional maraqlar və qlobal çağırışlar
-
Azərbaycanın çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin növbəti təzahürü
-
Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO
-
Millimiz ili qələbə ilə yekunlaşdırdı - Andorranı məğlub etdi
-
Azərbaycanda Milli Dirçəliş Günüdür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür (VİDEO)
-
Sənəd olsa da, belə yerlərdə ev tikmək olmaz - Diqqət
-
Moskva və Vaşinqton arasında çox sayda ziddiyyət hələ də qalır - Lavrov
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında - Fotolar
-
Saxta “İvanovka” məhsulları istehsal edən sex bağlandı - VİDEO
-
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək - XƏBƏRDARLIQ
-
Alyona Əliyeva “Sərhədsiz Uçuş” sərgisində - VİDEO
-
“Mahal MTK“da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
-
“Tərtər işi”nə görə daha üç nəfər təzminat alacaq - Məbləğlər
-
“Putin Ukrayna məsələsində mövqeyini yumşaldır, güzəştlərə gedir“ - Tramp
-
“Boranı” restoranında qeyri-adi tələblər: “3-4 nəfərlə gəl”, “Əlavə pul ödə”…
-
Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar - Xitam verdildi
-
TRIPP layihəsi Tehranda narahatlıq yaradıb - İran Ermənistanı hədələyir
-
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional və beynəlxalq təhlükəsizlik amilidir
-
500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün şok qərar
-
“Putinlə Trampın görüşü mütləq baş tutacaq” - Uşakov
-
Azərbaycanın 12 Milli Qəhrəmanı sağdır - SİYAHI
-
“Kristal“da gizli rəqəm OYUNU - Deputatın oğlu vətəndaşları aldadır?
-
Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar və ödənişlər dəyişir
-
Avropa İttifaqından Kiyevə rekord dəstək: Ukraynaya 8 milyard avro ayrıldı
-
FHN-ə məxsus 21 nəqliyyat vasitəsi cəmi 27 min manata satıldı - SİYAHI
-
Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü - Amma gör kimi məhkəməyə veriblər!
-
ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır - Daha bir təyyarədaşıyan göndərdi
-
Hər 100 manatın 65 manatı... - Yeni rəqəm açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Minimum əməkhaqqı bu qədər olacaq - Əhaliyə şad xəbər
-
Ayın 17-də qar yağacaq - 10 dərəcə şaxta olacaq
-
Kirayədə qalanların bilmədiyi qayda - Bu pulu kim ödəməlidir?
-
Plastik cərrahiyyə sertifikatı olmayan Səkinə Xudiyeva cərimələndi - Şikayəti rədd edildi
TOP 10
ARXİV






