Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Biləsuvarda 2 min nəfər əhalisi olan kənddə su tapılmır - VİDEO

Tarix 22.09.22, 23:27

Font ölçüsü : - / +
bitmap-img6


Biləsuvar rayonunun Təzəkənd kəndində su problemi yaşanır. Suyun olmaması kəndliləri çətin vəziyyətə salıb. Sakinlər deyirlər ki, belə vəziyyət uzun müddətdir ki, davam edir. Kənd əhalisinin əsas məşğuliyəti əkinçilikdir. Suvarma suyu ilə təminatdakı problem fermerlərin istehsal etdikləri bitkilərin məhsuldarlığını aşağı salıb.

Bu kənddə nə içməyə, nə də suvarmaya su tapılır

Söhbət Biləsuvar rayonunun Təzəkənd kəndindən gedir. Sakinlər iddia edirlər ki, bir neçə aydır ki, Cənub-Muğan kanalına su buraxılmır. Bu isə kəndliləri çətin vəziyyətə salır. 

Təxminən 2000 nəfər əhalisi olan Təzəkənd kəndində 450-yə  yaxın təsərrüfat var. Sakinlər deyirlər ki, su təminatındakı problemlər bitkilərin məhsuldarlığına pis təsir göstərib. 

Məsələ ilə bağlı Cənub  Muğan  kanalı idarəsindən bildirilib ki, problemə səbəb əsas mənbə olan Araz çayında suyun səviyyəsinin kəskin şəkildə azalmasıdır. 

Görünən odur ki, sakinlər hələ bir müddət də gözləməli olacaqlar.





Xəbərin oxunma sayı : 706




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap