Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İş adamını öldürən şəxs: “Yanındakı qız bizi söymüşdü”

Tarix 10.11.22, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda qətl törədən şəxsə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, ötən il oktyabrın 10-u, saat 04:00 radələrində 1992-ci il təvəllüdlü Tural Abdulovu bıçaqlayaraq qətlə yetirən 1994-cü il təvəllüdlü Sənan Hacının məhkəmə prosesi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hacı Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyətilə adam öldürmə) və 221.3-cü (Xuliqanlıq – silah tətbiq etməklə) maddələri ilə təqsirli bilinərək 18 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Araşdırmalar zamanı məlum olub ki, 30 yaşlı T.Abdulov Sumqayıtda biznes fəaliyyəti ilə məşğul olub və 3 yerdə şərab mağazası işlədib. Hadisə baş verən gün T.Abdulov avtomobillə Sənanın və yanındakı digər 2 nəfərin qarşısından keçib.

Bu zaman avtomobildə sərnişin qismində qız da olub. Həmin qızın onlara qarşı söyüş işlətdiyini deyən Sənan fit çalaraq və qışqıraraq maşını saxladıb və mübahisə baş verib. Həmin vaxt ərazidə polislər olduğu üçün tərəflər mübahisəni qısa vaxtda bitirərək uzaqlaşıblar. Lakin Sənan və dostları bir qədər sonra yenidən həmin yerə - T.Abdulovun işlətdiyi mağazanın yaxınlığına gəliblər. Bu zaman mübahisə münaqişəyə çevrilib və Sənan Hacı Turalın ürək nahiyəsinə bıçaqla zərbələr endirərək onu qətlə yetirib.

Xatırladaq ki, hadisə Sumqayıt şəhər 5-ci mikrorayon Zülfi Hacıyev küçəsində qeydə alınıb. 



Xəbərin oxunma sayı : 472




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap