“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“İsveç NATO ilə bağlı bizdən heç bir dəstək gözləməsin” - Ərdoğan

Tarix 23.01.23, 21:39

Font ölçüsü : - / +
bitmap-img6


İsveç NATO-ya üzvlüklə bağlı Türkiyədən heç bir dəstək gözləməsin.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısı sonrası mətbuata açıqlama verərkən deyib.

“Fərdin hüquq və azadlıqlarının həddi başqa insanların hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bu anlayışa görə, heç bir şəxsin nə müsəlmanların, nə də digər din mənsublarının müqəddəsləri alçaltmaq və dindarları incitmək azadlığı yoxdur. İsveçdə baş verən çirkin hərəkət insan hüquq və azadlıqlarına hörmət edən hər kəsə, xüsusən də müsəlmanlara qarşı təhqirdir. Bizim buna qarşı çıxmağımız həm dini, həm də milli məsələdir”, - deyə dövlət başçısı bildirib.

Onu sözlərinə görə, bu hiddətə göz yumanlar, şübhəsiz ki, nəticələrini hesablayıblar.

“Aydındır ki, bu cür təhqirlərə yol verənlər NATO ilə bağlı bizdən heç bir dəstək gözləməsinlər. Əgər bu qədər hüquq və azadlıqlara hörmət edirsinizsə, müsəlmanların dini inancına da hörmət edəcəksiniz. Bu hörməti göstərməsəniz, NATO-ya daxil olmaq prosesində bizdən dəstək görməyəcəksiniz”, - Ərdoğan qeyr edib.

Mənbə: TRT



Xəbərin oxunma sayı : 454




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap