Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Bu məlumatları yayanların nəzərinə – 2 min manatadək cəriməsi var

Tarix 19.09.23, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


Baş Prokurorluq terrorçuluğa qarşı mübarizə ilə bağlı məlumatların verilməsi qaydası ilə əlaqədar məlumat yayıb.

AzFakt.com xəbər verir ki, məlumatda bildirilir:
“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aktları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir.
Aşağıdakı məlumatların yayılmasına yol verilmir:
1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında;
2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında;
3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında;
4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.
Terror aktları, eləcə də terror əleyinə əməliyyatlarla bağlı yayılması qadağan edilən məlumatın internet informasiya ehtiyatında  yerləşdirilməsi inzibati xəta hesab edilir (İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi) və fiziki şəxslər beş 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər min manatdan 1500 manat məbləğdə inzibati cərimə edilir, yaxud 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.



Xəbərin oxunma sayı : 691




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap