“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Dünya beşdən böyükdür, daha ədalətli dünya mümkündür” - Ərdoğan

Tarix 19.09.23, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


“Suriya və İraq kimi ölkələrdə təhlükə təkcə İŞİD deyil. Əsl təhlükə terror təşkilatları, hərbi qruplar, muzdlular və ən yüksək qiyməti təklif edən hər kəs üçün işləyən bəzi yerli elementlərdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı deyib.

“Qarşımızda olan bu reallığa baxmayaraq, sırf öz siyasi və iqtisadi maraqları naminə terror təşkilatları ilə işləməyə davam edən ölkələrin terrorizmdən və onunla bağlı problemlərdən şikayət etməyə haqqı yoxdur. Belə bir dünyada heç kim təhlükəsiz deyil. Ona görə deyirik ki, biz BMT-nin rəhbərliyi altında dünyanın təhlükəsizliyi, sülhü və rifahının təmin edilməsinə cavabdeh olan qurumları sürətlə yenidən qurmalıyıq. Biz öz coğrafiyası və demoqrafik xüsusiyyətləri ilə dünyanın bütün mənşəyini, inanclarını və mədəniyyətlərini təmsil etməyə qadir olan qlobal idarəetmə arxitekturası qurmalıyıq. Nəticədə bir daha bütün qəlbimizlə deyirik ki, dünya beşdən böyükdür, daha ədalətli dünya mümkündür”, - Ərdoğan bəyan edib.




Xəbərin oxunma sayı : 1222




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap