“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

TikTok 600 milyon dollar cərimələnə bilər - Avropa Komissiyası araşdırma aparacaq

Tarix 11.02.24, 23:08

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Komissiyası yaxın həftələrdə Çinin ByteDance şirkətinin TikTok sosial şəbəkəsi ilə bağlı araşdırmaya başlayacaq.

APA xəbər verir ki, platforma Avropa Rəqəmsal Xidmətlər Aktını (DSA) pozan azyaşlı istifadəçilərin məlumatlarını kifayət qədər qorumamaqda şübhəli bilinir.

Agentliyin məlumatına görə, TikTok rəhbərliyi hələlik Avropa Komissiyasından bildiriş almayıb və Aİ səlahiyyətliləri ilə dialoqu davam etdirir. Əgər ByteDance DSA-nı pozmaqda təqsirli bilinərsə, şirkət cərimə ilə üzləşə bilər.

DSA 2022-ci ildə qüvvəyə minib. Bu sənəd böyük onlayn platformalardan və axtarış sistemlərindən qeyri-qanuni məzmun və ictimai təhlükəsizliyə qarşı risklərlə mübarizə səylərini gücləndirməyi tələb edir.

Sözü gedən sənədin məzmunun moderasiyası, istifadəçi məxfiliyi və əməliyyatların şəffaflığı üçün yeni qaydalar müəyyən edir. DSA-nı pozduğu aşkar edilən hər hansı şirkət qlobal dövriyyəsinin 6%-ə qədər cərimə ilə üzləşir.

2023-cü ildə TikTok platforması 10 milyard dollardan çox gəlir əldə edib. Beləliklə, mümkün bərpa məbləği 600 milyon dollara qədər ola bilər.



Xəbərin oxunma sayı : 655




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap