“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda uşaqlara verilən qəribə adlar - Alay, İton, Tarif, Əskinaz...

Tarix 12.02.24, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, 2023-cü il ərzində yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilməsi geniş yayılıb.

Bununla yanaşı, valideynlər övladlarına nadir və qeyri-adi adlar da qoyublar.

Belə ki, keçən il Gilə, Tovuz, Koroğlu, Duanur, Badam, Alan, Manana və Dağlar adlarının hər biri iki uşağa verilib. Üç nəfərə isə Mayya adı qoyulub.

Eyni zamanda, Mayar, Maynisə, Kürsüm, Kurtkaya, Qəribə, Dominik, Alay, Alaya, Alana, Alaz, Aya, Ayə, Ayat, Ayasofya, Ayanur, Balay, Balabikə, Şirbəy, Bircəgül, Gülüzə, Gülan, Gülqənd, Gülənməd, Gülsurat, İton, Elqam, Elaine, Ellda, Elfun, Elba, Yaşam, Dalila, Daliya, Ayris, Ayçan, Ayid, İyad, Faləddin, Qalası, Bayar, Sağira, Bağış və Qaraş adlarının isə hər biri 1 uşağa qoyulub.

Həmçinin, Azərbaycanda ötən il uşaqlara Su, Sufi, Sudagül, Suman, Manas, Xansu, Xanı, Şanis, Zeytunə, Almagül, Kira, Firdus, Firduzə, Baday, Tarif, Əsğər, Əskinaz, Baxşı, Ağaəmi, Ağadədə, Lənkəran, Zirah, Yağız, Ərəbzəngi, Siratullox, Caniyat, Ciyərxan adları da verilib. Bunların da hərəsi bir uşağa qoyulub.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap