“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Xüsusi məktəblər bağlana bilər? - Rəsmi açıqlama

Tarix 02.04.24, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


Xüsusi internat məktəblərində uşaqların sayı ildən-ilə azalır. Ancaq xüsusi təhsil müəssisələrinin bağlanması planda yoxdur.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov bildirib.

O qeyd edib ki, xüsusi məktəbləri, xüsusi sinifləri zəruri edən hallar mütləq olacaq.

"Elə uşaqlar var ki, onun ehtiyacı xüsusi məktəbdə təhsili zəruri edəcək, ya da uşağın hansısa dövrdə, müəyyən müddətdə xüsusi sinifə cəlb edilməsi vacib olacaq. Misal üçün, ağır davranış pozuntusu olan uşaqlar - özlərinin yaxud başqaların sağlamlığına təhlükə yaratdıqda, internat tipli təhsil müəssisələrində bir müddət təhsil almaları tələb oluna bilər. Bəlkə, uşağın təhsilinin ilkin mərhələsində ixtisaslaşmış müəssisədə təhsil almasına ehtiyac yaranacaq.

Misal üçün, görmə qabiliyyətini qismən, yaxud tam itirmiş uşaqlara brayl əlifbasının və mühitdə istiqamətlənmənin öyrədilməsi üçün, yaxud eşitmə qabiliyyətini tam itirmiş uşaqlara işarət dilinin öyrədilməsi üçün. Ya da xüsusi məktəblər resurs mərkəzi kimi fəaliyyət göstərəcək, buradakı mütəxəssislər ümumi təhsil müəssisələrindəki müəllimlərin təlimləndirilməsində iştirak edə bilərlər.

Odur ki, xüsusi məktəblərin bundan sonrakı mərhələdə bağlanması müzakirə mövzusu olmasa da, genişləndirilməsi, sayının artması da planda yoxdur", - deyə o əlavə edib.



Xəbərin oxunma sayı : 529




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap