“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Yeni tələblər “manatlıq taksilər“ə də şamil ediləcək? - Rəsmi açıqlama

Tarix 02.04.24, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi yeni tələblər ölkədə geniş müzakirələrə səbəb olub. Bununla yanaşı, bəzi metro ətraflarında şəhərətrafı kənd və qəsəbələrə, eləcə də əks istiqamətə hərəkət edən çoxsaylı "manatlıq" taksilər mövcuddur. İctimai nəqliyyatdan istifadə etməyən sərnişinlər sərfəli olduğu üçün daha çox bu taksilərə üstünlük verirlər. Yeni tələblərdən sonra isə "manatlıq" taksi kimi işləyənlərin fəaliyyəti sual altındadır.

Bəs ölkəmizdə taksi minik avtomobillərinə dair təsdiq edilən tələblər "manatlıq taksilər"ə də şamil ediləcəkmi?

İqtisadiyyat.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, taksi minik avtomobili ilə sərnişindaşımaları həyata keçirən bütün digər hüquqi və fiziki şəxslər kimi sözügedən fəaliyyətlə məşğul olanlar da AYNA-ya elektron qaydada müraciət edərək buraxılış vəsiqəsi və buraxılış kartı almalıdırlar.

Qeyd edilib ki, icazələrin verilməsi "AYNA” informasiya sisteminin "Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir: "İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb".

"Elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən taksi parklarına təlimlər keçirilib və xidmətdən istifadə qaydaları ilə bağlı video təlimat hazırlanıb. Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək", - məlumatda vurğulanıb.



Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap