Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Lənkəranskidən “oğru“ adını almaq istəmişdi - Cinayət aləminin liderinə öçürlük cəza

Tarix 30.05.24, 8:57

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Baş Prokurorluğu qətllər, digər ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyət daşıyan kriminal qruplaşma rəhbəri Oleq Medvedyevin (Şişkan, Oleq Ramenski) kriminal birliyinin 18 üzvünə ağır cəza tələb edib.

Bundan əvvəl isə münsiflər heyəti onları əksər maddələr üzrə təqsirli bilib və yalnız dördünün güzəştə layiq olduğuna qərar verib. Prokurorun tələbinə görə, təqsirləndirilənlərdən üçü şərti, qalanları isə 12 ildən 24 ilədək həbs cəzası almalıdır. Dövlət ittihamçısı əsas müttəhim Oleq Medvedyevə, eləcə də onun ən yaxın üç əlaltısına ən ağır cəza kimi ömürlük həbs cəzasının verilməsini istəyib.

Qeyd edək ki, kriminal aləmdə Şişkan kimi tanınan Oleq Medvedyev Rusiyanın 1 nömrəli avtoriteti Şakro Molodoyun ən yaxın adamıdır. Şakro həbsdə olarkən Şişkan Rusiyanın cinayət aləminin lideri hesab olunurdu.

O, illər əvvəl Yerevanda keçirilən “sxodka”da azərbaycanlı avtoritet Rövşən Lənkəranskidən “qanuni oğru” adını almaq istəyib. Kriminal avtoritetlərin həmin görüşündən sonra Lənkəranski öldürülüb, oğru dünyasında daha bir neçə hadisə baş verib.//Lent.az



Xəbərin oxunma sayı : 1210




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap