Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

5 ölkə yekun bəyanatı imzalamadı – “Sülh Forumu Rusiyanı dayandırmayacaq”

Tarix 17.06.24, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


"İsveçrədə Ukrayna ilə bağlı başa çatan Sülh Forumunun yekun bəyanatını iştirak edən 90 ölkədən 81-i imzalayıb. İmzalamayanlar ölkələr arasında Səudiyyə Ərəbistanı, Hindistan, Meksika, Cənubi Afrika Respublikası və Braziliya da var. Bu o ölkələrdir ki, Rusiya ilə də tərəfdaşlıq münasibətləri mövcuddur. Maraqlıdır ki, Rusiya ilə tərəfdaşlıq münasibətləri olan Türkiyə, Serbiya və Macarıstan yekun bəyanata imza atıblar".

AzFakt.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, bəyanatda Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiyanın dağıdıcı müharibəni davam etdirməsi pislənilib: "Sənəddə Zaporojye atom elektrik stansiyasının və dəniz limanlarının Ukraynaya geri qaytarılması tələb olunub. Buna baxmayaraq, sammit iştirakçılarının çoxunun dəstəyini qazanmaq üçün sənəddə “Rusiyanın təcavüzü” əvəzinə “müharibə” ifadəsindən istifadə edilib. Yekun bəyanatda bütün əsirlərin dəyişdirilməsinin vacibliyi vurğulanıb. Söhbət həm də Ukraynadan zorla Rusiyaya aparılan uşaqlardan gedir".

Politoloqun sözlərinə görə, Kreml Sülh Forumunun yekun bəyanatı ilə hesablaşmayacaq. "Çinin Sülh Forumunda iştirak etməməsi Kiyevi məyus edib. Əksinə, Ukrayna Prezidenti Volodimir Zelenski Pekinin başqa ölkələrin sammitdə iştirak etməsinə mane olduğunu söyləyib. Ukrayna Prezidenti iyunun 3-də Sinqapurda Şanqri-la Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı bunu demişdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ittihamı rədd edərək demişdi ki, Pekin əvvəldən görüşə böyük əhəmiyyət verməyib. Kiyev İsveçrədəki Sülh Forumunu Rusiyaya təzyiq kimi dəyərləndirib. Bu Forum Kremlin mövqeyinə təsir etməsə də, Rusiya üçün müharibəni davam etdirmək getdikcə çətinləşir, sanksiyalar sərtləşdikcə iqtisadi problemləri artır", - E. Şahinoğlu vurğulayıb.



Xəbərin oxunma sayı : 1237




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap