Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? - VİDEO

Tarix 12.07.24, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə ay öncə "Elay" şadlıq sarayında qanunsuz tikinti işləri aparılması ilə bağlı İTV kanalında sujet hazırlanmışdı.  Sujetdə bildirilirdi ki, Elay şadlıq sarayına bitişik 4 mərtəbəli obyekt inşa edilib...
 
Azərbaycanda vəzifə başında olan məmurların gəlirli biznes sahələrinə, bahalı obyektlərə, mənzillərə sahib olması artıq adi hala çevrilib. Son illər biznes sahəsi ilə məşğul olan məmurların sayı isə artıb.
 
AzFakt.com-un əldə etdiyi məlumata görə belə məmurlardan biri də Bakı Şəhər Ticarət və Xidmət Departamenti  direktoru İntiqam Məmmədovdur. Uzun illər dövlətin müxtəlif vəzifələrində çalışan İntiqam Məmmədov özünə ciddi biznes sahələri yaradıb. Əldə etdiyimiz məlumatda bildirilir ki, Bakı şəhəri, Səbail rayonunun 20-ci sahə adlanan ərazisində “Elay” Şadlıq Sarayı İntiqam Məmmədova məxsudur.

bitmap-img6

Xatırladaq ki, bir neçə ay öncə Elay şadlıq sarayında qanunsuz tikinti işləri aparılması ilə bağlı İTV kanalında sujet hazırlanmışdı. Həmin sujetdə bildirilirdi ki, Elay şadlıq sarayına bitişik 4 mərtəbəli obyekt inşa edilib. Piyada yolunun üstündə tikilən obyekt özbaşına tikilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi açıqlamasında bildirmişdi ki, obyekt qanunsuz inşa edilir və tikinti dayandırılacaq.

Aldığımız məlumata görə İntiqam Məmmədov Elay şadlıq sarayına bitişik tikdirdiyi 4 mərtəbəli obyektin sənədləşdirmə məsələsini artıq həll edib.
Qeyd edək ki, Elay şadlıq sarayı və ona bitişik yeni inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox dəyərləndirilir. 

Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamenti direktoru münasibət bildirmək istəmədi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Xəbərin oxunma sayı : 1513




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap