|
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib - TAM MƏTN
Tarix 05.12.24, 11:17 |
|
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev oxuyub.
Müraciətdə deyilir:
“Hörmətli konfrans iştirakçıları!
Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram.
Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür.
Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir.
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur.
Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.
Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir.
Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.
Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.
Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.
Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.
Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir.
Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir”.
Xəbərin oxunma sayı : 1243
Siyasət
Xəbərlər
-
17 yaşlı qızın şəxsiyyət vəsiqəsi necə “oğlan“ kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
“Aqrarkredit“ Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - Razılıq əldə olunub
-
“Lazım gələrsə, Rusiya Federasiyası yenidən Oreşnikdən istifadə edə bilər“ - PUTİN
-
Pensiya və maaş artımları bu tarixdən veriləcək - Açıqlama
-
Təyyarələrdə “qara qutu“ nə üçün lazımdır? - ARAŞDIRMA
-
Qəzada həlak olanların nəşi və yaralananlar Bakıya gətirilib - FOTO
-
Rusiyada aeroportların fəaliyyətində məhdudiyyətlər tətbiq edildi - PUA hücumu təhlükəsi
-
Xaricdən avtomobil gətirənlərin xərcləri boşa gedə bilər - AÇIQLAMA
-
Mərkəzi Bank sədri müstəqil ekspertlərlə görüşdü - Devalvasiya gözlənilirmi?
-
Yaralılara 20, həlak olanların ailəsinə 40 min manat kompensasiya veriləcək - Rəsmi
-
Bəzi ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
“Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək” - Nazir müavini
-
İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir - SİYAHI
-
“AZAL-ın qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb” - Samir Rzayev
-
“Sizi gətirəcək kimsə yoxdur?!“ - Paşinyanla Lukaşenko mübahisə etdi
-
Beynəlxalq axtarışda olan 2 şəxs ölkəmizə gətirildi - Baş Prokurorluq
-
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə + VİDEO
-
Xalq artisti Ağadadaş Ağayevin qulağını tikən həkim danışdı - SENSASİON İFADƏ
-
Üzünü tam örtən qadınlar cərimələnəcək - Qırğızıstanda
-
Azərbaycanda bu dərman apteklərdən yığışdırıldı - SƏBƏB?
-
Şəxsiyyəti müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır
-
“Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən vurulub“ - “Euronews“
-
Növbəti iki gündə Bakıya yağış, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
-
Xilas olan həmvətənlərimiz Azərbaycana gəlir - Fotolar
-
Təyyarəmizi Rusiya vurub! - “Təyyarənin rabitə sistemi tamamilə iflic edilib...“
-
Baş nazirdən bağça müəllimləri ilə bağlı Qərar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pilot təyyarəni niyə Xəzər dənizinə endirmədi? - AZAL-ın kapitanı DANIŞDI + VİDEO
-
YDM-lərdəki qanunsuzluqlar dövlətin diqqətində - nəzarət gücləndiriləcək
-
Təyyarə qəzasında həlak olanlar Həzrəti Cərcis Peyğəmbər ziyarətgahında ANILDI
-
Öldüyü deyilən Zaqatala sakini ailəsinə zəng etdi - Video
-
Nazirliklə “Qardaşlar Mebel“ arasında şübhəli anlaşma: 1.8 milyonluq tender
-
İlham Əliyevə başsağlığı məktubları gəlir - SİYAHI
-
“Atası da pilot olub, bu peşəyə də ondan ruhlanıb” - Fotolar
-
Daha 2 tiktoker həbs edildi - Məhkəmədən qərar
-
Elm və Təhsil Nazirliyində daha bir şübhəli tender: 3.8 milyonluq təmir işləri harada aparılacaq?
-
Qəzada ölənlərin 25-nin kimliyi açıqlandı - SİYAHI
-
İqtisadiyyat Nazirliyi yeni informasiya sistemi yaradır - 20 mln. manatlıq tender
-
AZAL prezidentindən dron iddiasına reaksiya - “Texniki nasazlıq olmayıb“ + VİDEO
-
Əli Əsədov qazaxıstanlı həmkarı ilə danlşıb - Təyyarə qəzasını müzakirə ediblər
-
Qəzada ölənlərin cənazəsi 2 günə ölkəyə gətiriləcək - RƏSMİ
-
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - Sabahın havası
-
“Həlak olanların 26-sı, sağ qalanların 16-sı Azərbaycan vətəndaşıdır” - Baş konsul
-
Xaricdəki səfirlik və konsulluqlarımızda bayraqlar endirildi - Fotolar
-
Ekipajın peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb - AZAL-ın prezidenti
-
Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - Tam siyahı
-
Turizm Agentliyi bu şirkətə 2 həftədə 5 milyonluq sifariş verib - TENDER
-
Qəza qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi
-
“Həmişə deyirdi ki, mənimlə fəxr edin” - Qəzada həlak olan Hökümə Əliyevanın anası
-
Sağ qalan bələdçi Aydanın xəstəxanadan görüntüləri - VİDEO
-
İşsizlər ünvanlı sosial yardım ala biləcək? - AÇIQLAMA
-
Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb
-
7 nəfərin şəxsiyyəti müəyyənləşdi - Aralarında Hökümə də var
-
Sağ qalanlardan 12 nəfər bu gün ölkəyə gətirilir
-
Bakıdakı şadlıq saraylarında toylar dayandırılıb
-
Qəzaya uğrayan təyyarənin sərnişinlərindən 6-sı reanimasiyadadır - RƏSMİ
-
“İranda əl kəsilməsi hökmünün icrası barbarlıqdır və ləğv edilməlidir“ - Şirin İbadi
-
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk açıqlama - VİDEO
-
Nazir Rəşad Nəbiyev tapılan qara qutudan danışdı - VİDEO
-
Təyyarə bələdçisi ailəsi ilə danışdı - Video
-
Azərbaycan FHN-in psixoloq, həkim və xilasediciləri Aktau şəhərindədir - VİDEO
-
Bu gün Azərbaycanda matəm günüdür
-
“Qarabağ”a 2 qol vurmuşdu - “Qalatasaray” rəsmi təklif göndərdi
-
Sosial yardım nə qədər artacaq? - Millət vəkilindən açıqlama
-
“Aqro-Vest DC“ barəsində inzibati protokol tərtib edilib - Gömrük qaydalarını pozduğuna görə
-
“Zəng edib dedilər ki, başınız sağ olsun!“ - Ekipaj üzvlərindən biri olan Hökümənin atası
-
“Suriyanın dağılması bütün dünya ictimaiyyəti üçün ciddi nəticələrə səbəb olacaq“ - Zaxarova
-
Distant təhsillə alınan diplomlar tanınmır - VİDEO
-
Matəm günü ilə bağlı mədəni-kütləvi tədbirlər təxirə salındı - RƏSMİ
-
Saxta reklamlar vasitəsilə şəxsi məlumatlar oğurlanır - Xəbərdarlıq
-
“ATƏT-in Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir“ - Rusiya XİN
-
Nazirlər yaralılarla görüşdü - VİDEO
-
Qəzasında zərərçəkmişlərin şəxsiyyəti müəyyənləşdirilir - Baş Prokurorluq
-
Sara Əlizadə lisenziyasız kosmetoloji fəaliyyətlə məşğuldur? - FOTOFAKT
-
AZAL-ın təyyarəsi dronla vurulub? - VİDEO
-
PA-nın yanvar ayına olan vətəndaş qəbulu açıqlandı - CƏDVƏL
-
Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib - Müvafiq tapşırıqlar verilib
-
“Qarabağda Azərbaycan bayrağı dalğalanır“ - Zaxarova
-
“TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib - ADLAR
-
“Pilotlar olmasaydı, hamımız ölmüşdük” - Hadisə şahidi
-
Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır - AZAL
-
Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
-
Yeni il ərəfəsində quş əti bahalaşıb? - Açıqlama
-
Sudanda 600 mindən çox insan acdır - Humanitar fəlakət yaranıb
-
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
-
26 dekabr: Azərbaycanda matəm günü iş olacaq?
-
“Embraer” təyyarələri nə qədər təhlükəsizdir? - Qəza tarixi
-
“Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib“ - MƏHKƏMƏ
-
Sabah məktəblərdə dərs olmayacaq? - Rəsmi cavab
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var“ - Prezident
-
Sığorta kapitalının məbləği artacaq? - AÇIQLAMA
-
Ailələrinə yardım göstəriləcək - Prezidentdən tapşırıq
-
Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - SİYAHI
-
Bu il 11 universitetdə institusional akkreditasiya qiymətləndirilməsi keçirilib - SİYAHI
-
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
-
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
-
Bu xəstəxanalar TƏBİB-in tabeliyinə verildi - QƏRAR
-
32 nəfər sağdır, vəziyyəti ağır olanlar var - XİN
-
Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirib - FOTOLAR
-
Nazir generalın yerinə sabiq icra başçısının oğlunu təyin etdi - FOTO
-
MEDİA jurnalistlərə çağırış etdi - Qəza ilə bağlı
-
“Təyyarə qəzası ilə bağlı bütün versiyalar üzrə ekspertiza aparılır“ - Baş Prokurorluq
-
Sosial yardım nə qədər artacaq? - Deputat aydınlıq gətirdi
-
Təyyarələrin sirri: ən təhlükəsiz yer haradır?
-
Bakıda 10, regionlarda 11 dərəcə isti olacaq - Sabahın havası
-
ƏƏSMN uşaq bağçasının direktorundan ofis icarəyə götürüb - 262 min manata
-
Prezident Rusiyadan Bakıya qayıtdı, komissiya yaratdı
-
İlham Əliyev təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verdi - FOTO
-
Bakıda orta aylıq əmək haqqı 7,1% artıb - Rəsmi
-
Mehriban Əliyeva təyyarə qəzası ilə bağlı başsağlığı verdi - FOTO
-
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub - Siyahı
-
Rəşad Cəbrayılov Rüstəm Xəlilovla “anlaşdı“ - “Qara kassa“ etibarlı əllərdə...
-
Sərnişinlər arasında uşaqlar olmayıb, sağ qalanlar var - AZAL
-
Qərbin Ukraynaya ayırdığı 300 milyard avro boşa getdi - Orban
-
AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü - VİDEO
-
Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanıldı - VİDEO
-
Əməkhaqqı, pensiya və müavinətlərlə bağlı yeni xəbər - VİDEO
-
Fiziki məhdudiyyətli qadın: “Ərim əməliyyat pulumu sevgilisi ilə xərclədi“
-
“Azercell”in elan etdiyi yeni şərtlər müzakirə yaratdı - Şirkətdən açıqlama
TOP 10
ARXİV