| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Tarix 23.11.24, 10:22 |
|
“Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir”. Bunu noyabrın 20-də jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib.
“Bu istiqamətdə biz Azərbaycan tərəfi ilə operativ şəkildə prosesləri davam etdiririk. Dəhlizin haradan - Ermənistan və ya İran ərazisindən keçəcəyini isə azərbaycanlı qardaşlarımız həll edəcək. Sonra bu dəhliz Naxçıvandan Türkiyəyə keçəcək. Türkiyədə biz layihəmizi tamamladıq, tender keçirdik, yaxın günlərdə tikinti işlərinə başlayacağıq və Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, - deyə nazir qeyd edib.
Əslində bu, türkiyəli nazirin Ankara və Bakı adından İrəvana son çağırışı və ya xəbərdarlığıdır. Təəssüf ki, Ermənistan Zəngəzur dəhlizi məsələsini süni bəhanələrlə ləngidir. Bu istiqamətdə real addımlar atmır. Baş nazir Nikol Paşinyan son olaraq, Kazanda Prezident İlham Əliyevlə görüşdə məsələ ilə bağlı Azərbaycana sadələşdirilmiş keçid təklif edib.
Ermənistan bütün diqqətini Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaq üçün infrastrukturun yaradılmasına yönəldib. İrəvan beynəlxalq maliyyə qurumlarından layihəyə qoşulmağa imkan verəcək eyni adlı magistral avtomobil yolunun tikintisi üçün irihəcmli kreditlər alır. Ötən həftə Avropa İnvestisiya Bankının (EIB Global) bölməsi Sisian-Kacaran yolunun tikintisini birgə maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb. İran sərhədindən Gürcüstan sərhədinə qədər uzanacaq magistralın 2030-cu ilin sonunadək tam hazır olması nəzərdə tutulur - əgər bütün tikinti işləri vaxtında reallaşarsa. İndiyədək yolun yalnız 50 faizə qədərinin tikintisi üzrə müqavilələr bağlanıb, maliyyələşmə təmin edilib. Buna görə də yerli ekspertlər belə onun tamamlanmasının 10 ilə mümkün olacağını proqnozlaşdırırlar. Buna baxmayaraq, İrəvan rəhbərliyi Hindistandan İran üzərindən göndərilən yüklərin mühüm hissəsini öz ərazisinə cəlb etməkdə son dərəcə maraqlıdır. Lakin bu maraqla reallığın üst-üstə düşməsi kifayət qədər çətin və problemlidir.
Nəzərə alsaq ki, ABŞ-da hakimiyyətə İrana qarşı ən sərt siyasəti dəstəkləyən Donald Tramp gəlir, onda Hindistanın Şimal-Cənub nəqliyyat dəhlizi üçün İran ərazisindəki infrastruktura nəzərdə tutulan yatırımlarının ən azı 4 il dondurulmuş vəziyyətə düşəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Ən azı ortada Trampın əvvəlki prezidentlik dövrünün təcrübəsi var...
Azərbaycanın şərq rayonlarından Naxçıvana nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan ərazisindən keçə bilər.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Kanal7"yə müsahibəsində bildirib.
“Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ dəhlizdir. Bu da onun imkanlarını artıracaq. Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfinin mühüm hissələri tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində 224 km-lik tender keçirmişik, sonra tikintiyə başlayacağıq”, - deyə Türkiyə nümayəndəsi bildirib.
Azərbaycan Zəngəzur dəhlizinin bir qolunun İran ərazisindən keçməsi istiqamətində ilk addımlarını 2022-ci ildə atıb. Həmin il martın 11-də Bakıda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalayıb.
Sənəddə İran ərazisindən Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu və Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması nəzərdə tutulur. Dəhliz İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.
2023-cü ilin oktyabrında Bakıda Baş nazirin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında görüş zamanı sənədlər imzalanıb. Eyni zamanda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi aparılıb.
Danışıqların yekunlarında iki ölkə arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu; Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu imzalanıb.
Azərbaycan tərəfi artıq İran sərhədinə qədər dəmiryol xəttinin tikintisini 60 faizdən çox başa çatdırıb. Bu ilin oktyabrında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, artıq Horadizdən Ağbənd istiqamətinə doğru sürətlə dəmir yolu çəkilir: “İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd - Salam Məlik (Ordubad rayonu) istiqamətində çəkiləcək dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı idi. İran tərəfdən keçəcək dəmiryolu xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb, körpülərin yerləri və dəmir yolu xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”.
R.Rüstəmov onu da bildirib ki, Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulması üçün layihə sənədləri hazırlanır. Naxçıvanın dəmir yol sisteminin Türkiyə dəmiryolları ilə birləşdirilməsi işlərinə isə 2020-ci ildən start verilib. Həmin il fevral ayının 25-də “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık- Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayının 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.
Qars-Naxçıvan dəmir yolu layihəsinin tikintisinə yönəlmiş texniki hazırlıqlar davam edir və texniki-iqtisadi əsaslandırma hesabatı təsdiqlənib. Dəmir yolu 224 kilometr uzunluğunda və 5 stansiyadan ibarət olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Layihənin 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.
İranın yeni prezidenti Məsud Pezeşkian Azərbaycanla birlikdə icra olunan layihələrin iqtisadi əhəmiyyətini yüksək qiymətləndirdiyini nümayiş etdirməkdədir. O, ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətini nəzərdən keçirən yol nazirliyinin iqtisadi rəsmiləri ilə görüş keçirib.
Ölkənin beynəlxalq avtomobil və dəmir yolu dəhlizlərinin vəziyyəti ilə bağlı yollar nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən dövlət başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub Dəmir yolu xəttinin başa çatdırılmasının zəruriliyini vurğulayıb: “Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır”.
İran prezidentinin qeyd etdiyi hər iki layihə Azərbaycanla birlikdə icra olunur. Rəsmi Tehran Azərbaycanla reallaşdırılan layihələrdən əldə edəcəyi dvidentləri doğru qiymətləndirməyi bacarır. Buna görə də birgə layihələrin icrasını sürətləndirməyi ən doğru yol hesab edir.
Ermənistanın kompromisə getməməsi onun mühüm beynəlxalq və regional layihələrdən kənarda qalmağa davam etməsinə gətirib çıxaracaq. Zəngəzur dəhlizinin işə salınması İrəvanın Azərbaycanın iştirakçısı olduğu Asiyadan Avropaya və əksinə yükdaşımaların ən optimal variantı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulmasını təmin edə bilər. İştirakçı ölkələr arasında bu marşrutun ötürücülük qabiliyyətinin ildə 10 milyon tona çatdırılmasını nəzərdə tutan fəaliyyət planı qəbul edilib. Bu hədəfə yaxın 2 ildə, yəni 2025-2026-cı illərdə nail olunması planlaşdırılır. Artıq bu ilin ilk 10 ayında Xəzər dənizi ilə 6,4 milyon tondan çox yük daşınıb. İlin sonunadək daşımaların 7-7,5 milyon tona çatacağı gözlənilir.
Azərbaycanın dəmiryol sistemi sürətlə təkmilləşdirilir. Hazırda bu sistemin tranzit yükdaşıma imkanları ildə 25 milyon tona çatır. İran üzərindən Naxçıvana çəkiləcək yeni xəttə bu imkanı daha da artıracaq. Rəsmi məlumata əsasən Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-oktyabr aylarında 15,5 milyon ton yük daşınıb. Bunun mühüm bir hissəsi tranzit yüklərdir.
Bakı İrəvana göstərir ki, onun ərazisindən olmasa belə, Naxçıvanla zəruri əlaqəni yaradacaq, ölkənin iqtisadi maraqlarından irəli gələn layihələri həyata keçirəcək. Ermənistan bu layihələrdən bəhrələnmək istəyəcəksə, Azərbaycanın təkliflərini qəbul edəcək. İstəməyib kənarda qalacaqsa, bu, Bakının planlarına heç bir təsir etməyəcək...(musavat.com)
Xəbərin oxunma sayı : 1300
Analiz
Xəbərlər
-
Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
-
Dünyanın ən yaxşı hücumçuları açıqlandı - SİYAHI
-
Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi
-
Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - VİDEO
-
Böyük Qayıdış davam edir - Onlar da doğma yurdlarına yola düşdü (FOTO)
-
Kazım Abbasovun “xüsusi xidmət idarəsi“ şousu... - İttiham aktı ÜZƏ ÇIXDI
-
Ay qırmızı rəngə bürünəcək: Tarix və saat açiqlandi
-
Qarabağ“ Niderlandda “Tvente“ni məğlub etdi - VİDEO
-
İşçilərin xəbəri olmadan edilən bu əməl qanunsuz sayılır - Açıqlama
-
Azərbaycanda bu şəxslərin pensiyası yenidən artırılacaq - Açıqlama
-
“Pakistan Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək“ - Şərif
-
Deputatın adıyla hallanan şirkət daha bir tenderə sahibləndi - 50 milyon manatlıq
-
Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını ləğv etdi - SƏBƏB?
-
“İrana kömək edən ölkələr iqtisadi nəticələrlə üzləşəcəklər” - Tramp
-
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? - MÜRACİƏT
-
Nazir müşavirini vəzifəsindən azad etdi - Əmr imzalayıb
-
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
-
Putinin səfəri Yaponiyanı qarışdırdı - Cavab tədbiri görəcəklər
-
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
-
Trampın görüş təklifinə raketlə cavab verdi - Yapon dənzini atəşə tutdu
-
Xanımına iş düzəltdi, özünə baha başa gəldi – keçmiş baş nazir cəzalandırıldı
-
AFFA O futbolçuya ağır cəza veddi - Özünə xəsarət yetirmişdi
-
“Sayğac yoxdur, amma borc gəlir...“ - Bərdədə qəribə hadisə + VİDEO
-
Bakının mərkəzindəki yolda təmir işləri niyə dayandırılıb? - AÇIQLAMA
-
Azərbaycanda dəmiryol bileti paketləri tətbiq ediləcək - Turistlər üçün
-
Hasil Abbasov şöbə müdirini işdən çıxardı - Yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Turizmin inkişafı ilə bağlı yeni Dövlət Proqramı təsdiqləndi - Sərəncam
-
Masazırda qaranlıq küçələr və sahibsiz itlər sakinləri narahat edir - VİDEO
-
Prezident yeni Agentliyin Əsasnaməsini təsdiqlədi - FƏRMAN
-
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
2 nəfər öldü, 5 nəfər yaralandı - İsmayıllıda ağır qəza
-
Azyaşlının ayağı avtobusun qapısında qaldı - Sürücü cəzalandırılacaq + FOTO
-
Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində yeni təyinat - FOTO
-
Azərbaycanda mina qurbanlarının sayı açıqlanıb - STATİSTİKA
-
İşçilərin 456 min manatlıq ödənişi gecikdirilib - Nazirlik müdaxilə etdi
-
Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı - 15 min cərimə edilib
-
Bu sənədinizi itirsəniz 200 manat cərimə olunacaqsınız - Xidmət məlumat yaydı
-
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
-
Ticarət mərkəzləri və restoranlar bağlanır - Ölkədə yeni mərhələ
-
Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq - 36 dərəcə isti olacaq
-
AQTA 570 əməkdaşın geyimi üçün 336 min manat xərcləyəcək - DETALLAR
-
Viza və iş vədi ilə 73 min manatdan çox pul aldı - Pərvin Quliyevaya hökm oxundu
-
NASA-nın 30 milyon dollarlıq planı çökdü - kosmik teleskop Yerə düşür
-
Banklar məlumatlarımızı niyə toplayır? - Hər kəsin bilməli olduğu məqamlar
-
Azərbaycanın “ən bahalı” və “ən ucuz” futbolçuları kimlərdir? - Siyahı
-
Xəzər sahili, meşələr, otlaqlar... - Hansı torpaqlar dövlət mülkiyyətindədir?
-
Britaniyadan İsrailə sərt xəbərdarlıq: Plan dərhal dayandırılmalıdır
-
Söyüş üstündə sahibkarın qulağını dişləyərək qopardı - TƏFƏRRÜAT
-
“Kubinka“da sakinlərlə “Vialon“ MTK arasında münaqişə yaşanır - VİDEO
-
Bu ilin birinci yarısında avtoqəzalarda ölənlərin sayı açıqlandı - Dəhşətli FAKT
-
ABŞ Ordusu Hörmüzdə yeni neft ixracı yolu yaradıb - Sxem açıldı
-
Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
-
DTX-dən xüsusi əməliyyat: 17 il axtarışda olan şəxs Azərbaycana gətirildi
-
Azərbaycanda ən yüksək pensiya harada verilir? - Rayon və şəhərlər
-
Portuqaliyada üzün örtülməsi qadağan edildi: Üç min avroyadək cərimə
-
Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO
-
Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi“
-
ABŞ dövlət borcu 40 trilyon dolları keçdi - Tarixdə ilk dəfə
-
NATO-dan İrana xəbərdarlıq - “Hər bir təhdidə cavab verməyə hazırıq“
-
“Təbrik Palace“ restoranının qarşısında kütləvi dava - VİDEO
-
Həbs olunması barədə xəbərlərə belə cavab verdi - Açıqlama
-
Avropanı əhatə edən dənizlər sürətlə isinir: Temperatur 6 dərəcə artıb
-
Qazaxıstanda Nazarbayevin dövrü rəsmən bitdi - Tokayev Xarici Siyasət Konsepsiyasını dəyişdi
-
Nazir Adil Kərimlinin tez-tez dəyişən müşavirləri - Kimlər hansı vəzifələrə keçib?
-
Kim Çen Inın bacısı Yaponiyanı hədələdi - “Sağ qalmaq mümkün olmayacaq“
-
Azərbaycanda ev telefonlarından ən çox istifadə edilən RAYONLAR
-
Müqavilə ilə ev alanların diqqətinə: Bu səhvlər ciddi problemlər yarada bilər
-
İxtisas seçiminin başa çatmasına saatlar qaldı - DİM-dən xəbərdarlıq
-
Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTOLAR
-
Hava Limanında əməliyyat - 10 adda 93 qutu dərman aşkarlandı
-
Azərbaycanın rayonlarında nə qədər yeni iş yeri açılıb? - Tam siyahı
-
Rada yeni müdafiə nazirini təsdiqlədi - Nazir əsas prioritetləri sadalayıb
-
Kollecin əmlakları niyə anbardan götürülmür? - Cinayət işi açılıbmış
-
MHP lideri seçki sisteminin dəyişdirilməsini təklif etdi - Baxçalıdan mühüm açıqlama
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Türkiyədə məşhur din xadimi saxlanıldı - Nədə ittiham olunur? (VİDEO)
-
Kiperpolisdən əməliyyat: Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi (VİDEO)
-
Azərbaycanda ən yüksək və ən aşağı maaşın verildiyi rayonlar - Siyahı
-
Moskvaya gedən azərbaycanlıların nəzərinə - Hər addımınız izlənəcək!
-
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə getdi? - Yeni təyinat alıb
-
“Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO
-
Trampın yeni planı İranı qəzəbləndirdi - Tehranın son rıçağı əlindən alınır
-
Hansı rayonda nə qədər boşanma olub? - Tam siyahı
-
Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Nazirliyə yeni Aparat rəhbəri təyin olundu - Mustafayev kimdir? + DOSYE
-
AAYDA sədri Cavid Kərimova yeni vəzifə verdi - FOTO
-
8 Noyabr prospektində təhlükəli “şou“: Yeniyetmələrin hərəkəti polisi hərəkətə keçirdi - VİDEO
-
Kitabxanaların və kitabxanaçıların taleyi necə olacaq? - Nazir müavini aydınlıq gətirdi
-
Azərbaycanda 11 rayonda ölənlərin sayı doğulanlardan çox olub - Siyahı
-
Prezident balaca Gülərin arzusunu reallaşdırdı: İlham Əliyevdən jest (VİDEO)
-
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - Video
-
Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı
-
“Arzuolunmaz nəticə hər zaman həkim səhvi hesab edilmir“ - Ali Məhkəmə
-
Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi - TƏFƏRRÜAT
-
Proaktiv pensiya təyinatında ciddi azalma - Səbəb nədir?
-
Vətəndaşlar “Gənclik Mall“dan təxliyə edilir - SƏBƏB + VİDEO
-
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə - Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri...
-
Daha 5 itkin-şəhidimiz dəfn olunacaq - FOTOLAR + ADLAR
-
Türkiyənin S-400-ləri varsa, F-35-ləri ola bilməz - ABŞ senatoru
-
“Rufo Gəncinski“yə sui-qəsd oldu - Yenidən Çinə qayıtdı
-
Azərbaycanda daha bir bloger həbs edildi - Narkotik ittihamı ilə
-
“Şapka Mamed” qalmaqalı böyüyür - Milyardlıq maxinasiyalar, offşor əmlaklar və...
-
Boşanmaların ən yüksək olduğu rayon - SİYAHI
-
Azərbaycan neftinin yeni qiyməti - Kəskin bahalaşma
-
“Epidemiya görünməmiş sürətlə yayılır” - ÜST-dən xəbərdarlıq
-
Müşfiqabadda sürüşmə təhlükəsi getdikcə artır - Sakinlər narahatdır (VİDEO)
-
Bakının axtarışa verdiyi 3 rusiyalı ilə bağlı Moskvadan açıqlama - Zaxarova danışdı
-
“İki ölkənin münasibətlərində yeni səhifə açıldı...“ - “Pezeşkianın Əliyevlə telefon danışığı ilə...“
-
Türkiyədə keçmiş nazirin şübhəli ölümü yenidən araşdırılır - məzarı açılacaq
-
Azərbaycanda və Avropada orta əmək haqqı... - Fərq nə qədərdir? + SİYAHI
-
Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO
-
Vəkil Elşad Məmmədov həbs edildi - Nədə ittiham olunur?
-
Peşəkar dələduz RESİDİVİST imiş - Abbasovun sübuta yetirilmiş əməlləri
-
Azərbaycanda biznes üçün internet neçəyədir? - Provayderlərin tarifləri və qiymətləri
-
Valideynlərin diqqətinə: Ucuz məktəbli formaları ilə bağlı çağırış - VİDEO
-
“Barni Kids“ və rəhbəri cərimələndi:Səbəb nədir?
-
AAYDA sədri onu özünə müşavir təyin etdi - FOTO
-
“İranla danışıqlar aparmağı planlamırıq” - Donald Tramp
TOP 10
ARXİV






