“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanın çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin növbəti təzahürü

Tarix 17.11.26, 6:01

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12–13-də İrlandiyaya işgüzar səfəri ölkəmizin Avropa dövlətləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edən Prezident İlham Əliyev Avropa ölkələrinin rəhbərləri ilə bir araya gəldi. “Avropa – güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan toplantıda enerji təhlükəsizliyi, iqtisadi rəqabətqabiliyyətliliyi, nəqliyyat bağlantıları, innovasiya və regional təhlükəsizlik məsələləri müzakirə edildi.

Səfər çərçivəsində keçirilən dəyirmi masada dövlətimizin başçısı respublikamızın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən söz açaraq qeyd etdi ki, Azərbaycan qazının Avropa bazarına ixracı son illərdə artıb və ölkəmiz Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaşlardan birinə çevrilib. Bununla yanaşı, bərpaolunan enerji, yaşıl enerji ixracı və nəqliyyat-logistika layihələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqətə çatdırıldı.

Dublin səfərinin mühüm istiqamətlərindən biri Prezident İlham Əliyevin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər oldu. Moldova, Bolqarıstan, Ermənistan, Yunanıstan, Çexiya, Rumıniya, Litva, Ukrayna və Avropa İttifaqı rəhbərliyi ilə aparılan müzakirələrdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının inkişafı məsələləri nəzərdən keçirildi.

Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh gündəliyinin irəlilədilməsi və regional kommunikasiyaların açılması məsələləri müzakirə edildi. Bu təmas Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın təmin olunması baxımından siyasi dialoqun əhəmiyyətini bir daha göstərdi.
Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri ilə görüşü zamanı rəsmiləşdirilən sənəd iki ölkə arasında münasibətlərin yeni əməkdaşlıq çərçivəsini müəyyənləşdirdi.
Bəyannamə enerji və iqtisadiyyatla yanaşı, müdafiə və təhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt, təhsil, elm, humanitar əlaqələr və hüquq-mühafizə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədin mühüm xüsusiyyətlərindən biri də onun icrasına nəzarət və gələcək prioritetlərin müəyyənləşdirilməsi üçün illik strateji tərəfdaşlıq görüşlərinin keçirilməsidir. Bu sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin yalnız ənənəvi enerji əməkdaşlığı ilə məhdudlaşmadığını, daha geniş siyasi, iqtisadi və texnoloji tərəfdaşlığa doğru inkişaf etdiyini göstərir.

Ümumilikdə, Prezident İlham Əliyevin Dublin səfəri Azərbaycanın Avropa ilə siyasi dialoqunun genişləndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı, regional sülh gündəliyinin müzakirəsi və Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsi baxımından əhəmiyyətli oldu. Səfərin nəticələri Azərbaycanın çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin növbəti təzahürü kimi qiymətləndirilə bilər. Əldə olunan razılaşmaların praktiki icrası isə, şübhəsiz, gələcək Azərbaycan-Avropa münasibətlərinin inkişafına təsir göstərəcək.

Xalid Məmmədov



Xəbərin oxunma sayı : 82




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap