“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Moskva və Vaşinqton arasında çox sayda ziddiyyət hələ də qalır - Lavrov

Tarix 16.11.26, 23:08

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya və ABŞ arasındakı ikitərəfli dialoqda çox sayda ziddiyyət hələ də qalır.

AzFakt.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyasındakı dəyişikliklərə baxmayaraq, Vaşinqton Rusiya şirkətlərinə qarşı sanksiyaların tətbiqini davam etdirir:

"Ziddiyyətlər kifayət qədərdir. Onlar indi artıq ABŞ Prezidenti Donald Trampın prezidentliyi dövründə "Lukoil" və "Rosneft"ə qarşı yeni sanksiyalar qəbul ediblər. Donald Trampın bunun "mənim yox, Baydenin müharibəsidir" deməsinə baxmayaraq, onlar Baydenin bütün sanksiyalarını uzadırlar".

Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, bəzi müşahidəçilər Co Baydenin əvvəlki komandasının fonunda Tramp administrasiyasını müsbət qiymətləndirirlər, çünki hazırkı ABŞ hakimiyyəti müxtəlif tərəflərlə, o cümlədən Rusiya və İranla dialoqu saxlayır: "İranla müharibə aparırlar, amma danışırlar".



Xəbərin oxunma sayı : 259




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap