“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!

Tarix 09.11.26, 10:40

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin süni intellekt və mikroçip istehsalı sahəsində dünyanın ən böyük şirkətlərindən biri olan “Nvidia”nın təsisçisi və baş direktoru Jensen Huanq beynəlxalq casusluq qalmaqalının mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, bu barədə Reuters və Axios məlumat yayıb.

Noyabrın 8-də “Nvidia”nın Direktorlar Şurası xüsusi bəyanatla çıxış edərək Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfinə çevrilməsi barədə məlumatların araşdırılacağını açıqlayıb. Araşdırmaya müstəqil direktorlar və kənardan cəlb olunan hüquq mütəxəssisləri rəhbərlik edəcəklər.

Qalmaqalın mərkəzində Sinqapurda fəaliyyət göstərən “Megaspeed” şirkətinin keçmiş rəhbərlərindən biri Elis Huanq dayanır. ABŞ kəşfiyyatının məlumatlarına əsaslanan xarici media nəşrləri onun Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əməkdaşlıq etdiyini və Amerika texnologiya sektorundan məlumat toplamaq üçün istifadə olunduğunu bildirirlər.

Araşdırmalarda Elis Huanqın əsas hədəflərindən birinin Jensen Huanqa yaxınlaşmaq, onun qərarlarına təsir göstərmək və ABŞ-nin qabaqcıl süni intellekt prosessorlarının Çinə satışına qoyulan məhdudiyyətlərin yumşaldılmasına nail olmaq olduğu göstərilir.

Hadisənin ən diqqətçəkən tərəfi isə “Nvidia” rəhbərinin qadınla romantik münasibətlərini etiraf etməsidir.

Axios-un əldə etdiyi məktubda Jensen Huanq həyat yoldaşına xəyanət etdiyini, davranışlarının ailəsinə ciddi zərər vurduğunu və buna görə məsuliyyət daşıdığını bildirib. O, şirkətin əməkdaşlarından, rəhbərliyindən və səhmdarlarından da üzr istəyib.

Məsələ artıq ABŞ Konqresinin gündəminə çıxarılıb. Nümayəndələr Palatasının üç mühüm komitəsinin respublikaçı rəhbərləri Huanqdan Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibətləri və şirkətin məxfi texnologiyalarının qorunması barədə qapalı brifinq tələb ediblər.

“Nvidia”nın Direktorlar Şurası araşdırmanın bütün mövcud məlumatları əhatə edəcəyini bildirib. Jensen Huanq isə proseslə əməkdaşlıq edəcəyini açıqlayıb. O, istintaq müddətində şirkətin baş direktoru vəzifəsini icra etməyə davam edəcək.

Qalmaqalın Ermənistanla bağlı diqqətçəkən tərəfi də var. Belə ki, Jensen Huanqın rəhbərlik etdiyi “Nvidia” Ermənistanda milyardlarla dollarlıq süni intellekt infrastrukturu yaradılması layihəsinin əsas texnoloji tərəfdaşlarından biridir.

2025-ci ilin iyununda Ermənistan hökuməti, “Nvidia”, “Firebird” və “Team Group” arasında təxminən 500 milyon dollarlıq (850 milyon manat) ilkin investisiya ilə nəhəng hesablama mərkəzinin yaradılması layihəsi təqdim olunub.

Layihə Ermənistanın Hrazdan şəhərində həyata keçirilib. 2026-cı il avqustun 8-də mərkəzin rəsmi açılışı olub. Mərasimdə Ermənistanın baş naziri Nikol Paşinyan, “Nvidia”nın rəhbəri Jensen Huanq və ABŞ-nin diplomatik nümayəndələri iştirak ediblər.

Mərkəzin birinci mərhələsi 6 144 ədəd “Nvidia Blackwell” qrafik prosessoruna əsaslanır. Bu avadanlıqlar böyük həcmli məlumatların emalı, süni intellekt modellərinin hazırlanması və yüksək məhsuldarlıqlı hesablama əməliyyatları üçün nəzərdə tutulub.

“Firebird” şirkətinin açıqladığı genişlənmə planına əsasən, Ermənistanda 70 mindən artıq qabaqcıl “Nvidia” prosessorunun yerləşdirilməsi nəzərdə tutulur. Layihənin növbəti mərhələləri üzrə investisiyaların ümumi həcminin 4 milyard dollara (6,8 milyard manat) çatacağı proqnozlaşdırılıb.

Ermənistan hökuməti də layihəyə maliyyə dəstəyi verir. Dövlətlə “Firebird” arasında imzalanmış 25 milyon dollarlıq (42,5 milyon manat) müqavilə çərçivəsində beş il müddətində dövlət qurumları, universitetlər, tədqiqat mərkəzləri və yerli texnologiya şirkətləri üçün süni intellekt hesablama resursları ayrılması nəzərdə tutulub.

Paşinyan daha əvvəl bu təşəbbüsü Ermənistanın ən mühüm texnoloji investisiyalarından biri adlandırıb. O, layihənin ideyasının 2023-cü ildə Jensen Huanqın İrəvana səfəri zamanı formalaşdığını bildirib.

“Nvidia”nın rəsmi məlumatına əsasən, Ermənistandakı mərkəz keçmiş SSRİ məkanında ən böyük süni intellekt hesablama komplekslərindən biri kimi təqdim olunur. Şirkət “Firebird”ə investisiya yatırmaq niyyətini də açıqlayıb.



Xəbərin oxunma sayı : 67




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap