“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Paytaxtda 37 milyon manatlıq torpaq - Onun alıcısı kimdir?

Tarix 06.11.26, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Bakı və ətraf ərazilərdə daşınmaz əmlak bazarında son dövrlər qiyməti milyonlarla manatla ölçülən iri sahəli torpaq sahələrinin elanları diqqət çəkir. Bu cür ərazilərin qiymətləri 10 milyon manatdan başlayaraq 37,7 milyon manatadək yüksəlir.

İrisahəli torpaqların yüksək qiymətə təklif olunmasının əsas səbəbi onların böyük kommersiya və tikinti potensialına malik olmasıdır. Şəhər mərkəzinə və metro stansiyalarına yaxın ərazilərdə, məsələn “Dərnəgül”, “Nəsimi” və “Bakmil” ətrafında yerləşən torpaqlar çoxmərtəbəli yaşayış komplekslərinin inşası üçün ideal hesab olunur. Şəhərkənarı zonalarda, məsələn Lökbatan, Ceyranbatan və Hökməli ərazisindəki yüzlərlə sotluq sahələr isə iri zavod, anbar və loqistika mərkəzlərinin tikintisi üçün nəzərdə tutulduğundan, ümumi sahə böyüdükcə yekun məbləğ də milyonlara çatır.

Bu miqyasda olan torpaq sahələri fərdi şəxslər üçün nəzərdə tutulmadığına görə onların alıcı kontingentini əsasən böyük tikinti şirkətləri, sənaye holdinqləri və iri investisiya fondları təşkil edir. Şəhərdaxili əraziləri alan tikinti giqantları burada çoxmənzilli yaşayış binaları ucaltdığı halda, sənaye və loqistika holdinqləri şəhər ətrafında iri anbar kompleksləri və istehsalat sahələri qururlar.

Bazardakı cari elanlardan görünür ki, “Bakmil” metrosu yaxınlığındakı 290 sot torpaq 37,7 milyon manata, “Dərnəgül” metrosu ətrafındakı 350 sot sahə isə 35 milyon manata təklif olunur. Digər tərəfdən, Lökbatanda yerləşən 2000 sotluq sahə 28 milyon manat, Binəqədidəki 1100 sot sahə 24,2 milyon manat, Novxanıdakı 1200 sot torpaq isə 24 milyon manat qiymətlə alıcı gözləyir.

Bunlarla yanaşı, Nəsimi və Ceyranbatan ərazilərindəki fərqli sahəli torpaqlar 22 milyon manat, Şıxovdakı 1200 sot sahə 19 milyon manat, Hövsan və Qaradağdakı sahələr isə 16 milyon manat dəyərində qiymətləndirilir. Siyahının nisbətən aşağı büdcəli elanları arasında isə Badamdarda 55 sot torpaq 13 milyon manat, 20 Yanvar və Hökməli ərazilərindəki torpaqlar isə 10 milyon manat qiymətlə satışa çıxarılıb.yenisabah




Xəbərin oxunma sayı : 70




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap