“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakıda ikitəkərli “qatillər” gəzir - yeni TƏHLÜKƏ

Tarix 02.11.26, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxt küçələrində velosipedçilərin təhlükəsizliyi yenidən gündəmə gəlib. Motosiklet və mopedlərin velosiped zolaqlarına daxil olması narazılıq yaradır. Statistik rəqəmlər isə təhlükənin miqyasını ortaya qoyur: bu ilin ilk yarısında motosiklet və mopedlərin iştirakı ilə baş verən qəzalarda 18 nəfər həyatını itirib.

Yaşıl yol, yoxsa boş layihə? - Velosiped yollarının hansı təsirləri var?


Velosipedçilərin vurulması ilə nəticələnən hadisələrdə də 9 nəfər ölüb. Bəs velosiped zolaqlarından kimlər istifadə edə bilər və qaydaları pozanlara qarşı nəzarət necə həyata keçirilməlidir?

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda motosiklet və mopedlərin iştirakı ilə 37 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 18 nəfər həyatını itirib, 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həlak olanların yaş bölgüsü də diqqət çəkir. Belə ki, ölənlərdən biri 10-14, biri 15-17, dördü 18-20, üçü 21-24, doqquzu isə 25-64 yaş qrupuna aid olub. Velosipedçilərin iştirakı ilə baş verən qəzaların statistikası da narahatedicidir. Bu ilin ilk doqquz ayında Azərbaycanda velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Həmin hadisələrdə 9 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Rəqəmlər göstərir ki, ikitəkərli nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi məsələsi xüsusi diqqət tələb edir. Xüsusilə də paytaxtda velosiped zolaqlarının genişləndirildiyi bir vaxtda həmin zolaqlardan təyinatına uyğun istifadə olunması məsələsi aktuallaşır. Bəzi vətəndaşlar sosial şəbəkələrdə Bakı küçələrində velosiped sürməyin belə təhlükəli hala gəldiyindən şikayətlənirlər. Memar Elçin Əliyev də özünün “Facebook” səhifəsində velosiped zolaqlarının motosiklet və mopedlər tərəfindən zəbt edilməsinə etiraz edib. “Motosikletlər və mopedlər velosiped zolaqlarını, sözün əsl mənasında, zəbt edərək velosipedçilərin təhlükəsizliyinə ciddi təhdid yaradırlar. Bəs velosiped zolaqları nə üçün salınıb? Motorlu nəqliyyat vasitələri üçün əlavə hərəkət zolağına çevrilmək üçün yaradılıb? Nəhayət, yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət etmək və velosipedçilərin təhlükəsizliyini təmin etmək kimin vəzifəsidir?” – deyə o sual edib.

Bəs velosiped zolaqları yalnız velosipedçilər üçün nəzərdə tutulub, yoxsa motosiklet və mopedlər də həmin ərazilərdə hərəkət edə bilər?

Nəqliyyat eksperti Yasin Mustafayev Musavat.com-a bildirib ki, motosiklet və mopedlər avtomobillərlə müqayisədə daha az qoruyucu vasitələrə malik olduqlarından, onların iştirakı ilə baş verən qəzalar daha ağır nəticələrə səbəb ola bilər. Bununla belə, müasir şəhərlərdə bu nəqliyyat vasitələrindən istifadənin qarşısını almaq mümkün deyil.

Ekspertin sözlərinə görə, iri şəhərlərdə tıxaclar, ictimai nəqliyyatla bağlı çətinliklər və gündəlik hərəkət ehtiyacları motosiklet və mopedləri insanlar üçün əlverişli nəqliyyat vasitələrinə çevirir.
“Bu nəqliyyat vasitələri bir qədər təhlükəlidir. Avtomobillər kimi təhlükəsizlik kəməri, təhlükəsizlik yastığı və digər qoruyucu vasitələr yoxdur. Amma biz bu nəqliyyat vasitələrindən imtina edə bilmərik. Böyük şəhərlərdə, Avropada, Asiyanın inkişaf etmiş ölkələrində demək olar ki, hər kəs onlardan istifadə edir. İstər imkanlı, istər vəzifəli, istərsə də sadə insanlar. Çünki bir yerə getmək üçün bəzən buna zərurət yaranır.
Tıxacda hərəkət etmək mümkün olmur, ictimai nəqliyyatda da bəzən problemlər yaşanır. Ona görə bu nəqliyyat vasitələri populyardır və həmişə populyar olaraq qalacaq”, – deyə Yasin Mustafayev bildirib.

Ekspert qeyd edib ki, son dövrlər paytaxtda velosiped zolaqlarının yaradılması müsbət addım olsa da, həmin zolaqlara başqa nəqliyyat vasitələrinin daxil olması təhlükəsizlik baxımından ciddi problemdir.

Onun sözlərinə görə, yol hərəkətində iştirak edənlərin sürəti, çəkisi və hərəkət xüsusiyyətləri nəzərə alınaraq, onlar üçün ayrı-ayrı hərəkət sahələri müəyyənləşdirilir. Bunun əsas məqsədi fərqli nəqliyyat vasitələrinin və piyadaların toqquşma riskini azaltmaqdır. “Piyada avtomobil zolağında və ya velosiped zolağında sərbəst hərəkət etməməlidir. Eyni zamanda, digər hərəkət iştirakçıları da başqaları üçün nəzərdə tutulan zolaqlardan istifadə etməməlidirlər. Məsələn, velosiped və skuterlərin səkilərdə hərəkəti qadağandır. Buna əməl etmək lazımdır. Bununla bağlı qaydalar, qanunlar, cərimələr və cəzalar var. Polis də bu qaydalara əməl olunmasını təmin etmək üçün müəyyən vaxtlarda reydlər keçirir və keçirməlidir”, – deyə ekspert vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da velosiped yollarından istifadə qaydalarına diqqət çəkib. Onun sözlərinə görə, velosiped yolları bütün ikitəkərli nəqliyyat vasitələri üçün nəzərdə tutulmayıb.
“Velosiped yolunda yalnız velosipedlər və elektrikli samokatlar hərəkət edə bilər. Mopedlər və motosikletlər həmin yolla gedə bilməz. Onlar bu qaydanı pozduqları halda cərimə olunacaqlar və olunurlar da”, – deyə Eldəniz Cəfərov bildirib.



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap