“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir

Tarix 02.11.26, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq.

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır.

Bundan başqa, cihazların konstruksiyası alovun dayanıqlı yanmasını təmin etməli, yanma məhsullarında karbon oksidləri və azotun icazə verilməyən konsentrasiyaları yaranmamalıdır.

Tüstü bacasına qoşulan qurğularda yanma məhsullarının otağa təsadüfən buraxılmasının qarşısı alınmalıdır. Tüstü bacasının kənarlaşdırma sistemində nasazlıq yarandıqda isə odluğa qaz verilişi dayandırılmalıdır.

Reqlament qazla işləyən məişət qızdırıcılarına, yemək bişirmək üçün nəzərdə tutulan plitələrə, su qızdırıcılarına və digər avadanlıqlara şamil edilir.

Tələblər noyabrın 6-dan qüvvəyə minəcək.



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap