“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar

Tarix 27.10.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin bugünkü plenar iclasında borc tələbinin borclunun qiymətli kağızlarına yönəldilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu -üçüncü oxunuşda qəbul edilib.

Bununla əlaqədar “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara müvafiq dəyişikliklər edilib.

Sənədə əsasən, “İcra haqqında” qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddə əlavə olunub. Yeni normativ maddə tələbin həm borclunun fiziki olaraq özündə aşkar edilən sənədli qiymətli kağızlarına, həm onun adına qeydə alınmış sənədsiz qiymətli kağızlara, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızlara yönəldilməsinin dəqiq hüquqi mexanizmini müəyyənləşdirir.

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, borclunun qiymətli kağızlarına dair məlumatların sorğu olunması, onların üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı bütün prosedurlar “Elektron icra” informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Layihədə, həmçinin “Qiymətli kağızlar bazarı haqqında” qanunda da müvafiq uyğunlaşdırmalar aparılıb.

Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap