“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi

Tarix 27.10.26, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi qaydalarını təsdiqləyib.

AzFakt.com xəbər verir ki, Qərara əsasən, məktəblərdə hər bir təhsilalana düşən illik təhsil xərcləri müəssisənin növünə və şagirdin təhsil aldığı səviyyəyə uyğun hesablanacaq.

Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir. Yeni maliyyələşmə mexanizmi 2026/2027-ci tədris ilindən başlayaraq mərhələli şəkildə həyata keçiriləcək.
Təsdiqlənən sənədə əsasən, bir təhsilalana düşən illik baza xərci tam orta ümumtəhsil məktəblərində 2 000 manat, lisey və gimnaziyalarda 2 200 manat, ümumi təyinatlı internat tipli məktəblərdə 2 500 manat, internat tipli lisey və gimnaziyalarda isə 3 000 manat müəyyən edilib.

Maliyyələşmə necə hesablanacaq?

Məktəblərə ayrılacaq vəsait şagirdlərin sayına və təhsil səviyyəsinə görə hesablanacaq. Bunun üçün hər bir təhsil səviyyəsindəki şagirdlərin sayı həmin səviyyə üzrə müəyyən edilmiş illik xərcə vurulacaq və nəticələr toplanacaq.
Bundan əlavə, təhsil səviyyəsinə uyğun artım əmsalları tətbiq ediləcək. İbtidai təhsil üçün əmsal 1, ümumi orta təhsil üçün 1,25, tam orta təhsil üçün isə 1,70 müəyyənləşdirilib.

Məsələn, tam orta ümumtəhsil məktəbi üçün 2 000 manatlıq baza məbləği götürüldükdə, ümumi orta təhsil səviyyəsində bir şagirdə düşən hesablanmış məbləğ 2 500 manata, tam orta təhsil səviyyəsində isə 3 400 manata çatır.

Məktəblər və şagirdlər üçün nə dəyişəcək?

Yeni mexanizmə əsasən, maliyyələşmə məktəbin ümumi şagird sayından və təhsil səviyyələri üzrə bölgüdən asılı olacaq. Elm və Təhsil Nazirliyi hər il maliyyələşdiriləcək məktəblərin siyahısını və şagird sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək. Mexanizm bütün dövlət məktəblərində eyni vaxtda deyil, mərhələli şəkildə tətbiq olunacaq.

Vəsait məktəblə Elm və Təhsil Nazirliyi arasında bağlanan müqavilə əsasında, təsdiqedici sənədlər nəzərə alınmaqla rüblər üzrə köçürüləcək. Məktəblər ayrılan vəsaiti yalnız təyinatı üzrə istifadə etməli və tədris ili başa çatdıqdan sonra 20 iş günü ərzində onun istifadəsi və təhsilin nəticələri barədə hesabat təqdim etməlidirlər.

Qaydalara görə, şagird başına müəyyən edilən məbləğ məktəbin faktiki xərclərini ödəmədikdə, çatışmayan vəsait digər mənbələr hesabına qarşılanmalıdır.

Ayrılan vəsaitlər, şagird başına illik xərclər və vəsaitdən istifadə barədə ümumiləşdirilmiş məlumatlar hər il Elm və Təhsil Nazirliyinin rəsmi saytında açıqlanacaq.



Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap