“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR

Tarix 05.11.26, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Konqresinə aralıq seçkilərin nəticələrinə əsasən, ən azı 7 müsəlman siyasətçi qanunverici orqana seçilib. Bu, Amerika qanunverici orqanında müsəlmanların rekord təmsilçiliyidir. Ölkə tarixində ilk dəfə müsəlman senator da seçilib.

AzFakt.com modern.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Miçiqan ştatından senator kürsüsünü demokrat Abdul Əl-Sayed qazanıb. Həkim və səhiyyə sahəsində çalışan Misir əsilli siyasətçi respublikaçı Mayk Rocersi məğlub edib.
Əl-Sayed səhiyyə sistemində islahatların aparılmasını müdafiə edib və ABŞ-ın İsrailə qeyd-şərtsiz hərbi dəstəyini tənqid edib.

Nümayəndələr Palatasına ilk dəfə seçilən müsəlmanlar

İki müsəlman siyasətçi ilk dəfə Nümayəndələr Palatasına seçilib.

Nyu-Cersi ştatında demokrat Adam Həməvi qələbə qazanıb. Plastik cərrah, ABŞ ordusunun keçmiş hərbi həkimi və İraq müharibəsinin veteranı olan Həməvi bu ştatdan Konqresə seçilən ilk müsəlman olub.

Nyu-Yorkda isə vətəndaş hüquqları üzrə mütəxəssis və İslamı qəbul etmiş Daryaliza Avila Şevalye Nümayəndələr Palatasına seçilib. O, daha əvvəl Demokratlar Partiyasının ilkin seçkilərində hazırkı konqresmen Adriano Espayatı məğlub etmişdi.

Dörd müsəlman konqresmen mandatını qoruyub

Daha dörd müsəlman siyasətçi Konqresin aşağı palatasındakı yerlərini qoruyub.

Bunlar Miçiqan ştatından Rəşidə Tlaib, Minnesota ştatından İlhan Omar, İndiana ştatından Andre Karson və Kaliforniya ştatından Latifa Saymondur.

Andre Karson 2008-ci ildən Konqresdə fəaliyyət göstərir. O, Nümayəndələr Palatasında ən uzun müddət xidmət edən müsəlman üzvdür.

Namizədlər seçki kampaniyalarını vətəndaş hüquqları, səhiyyə, sosial siyasət və ABŞ-ın xarici siyasəti məsələləri üzərində qurublar.

Onlardan bəziləri ABŞ-ın İsrailə qeyd-şərtsiz silah tədarükünə qarşı çıxıb və fələstinlilərə humanitar yardımın artırılmasına çağırış edib.



Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap