“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Tarix 03.11.26, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb.

AzFakt.com xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb.

Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrinin iri ölçülü dərialtı hematoması ilə əlaqədar gicgah-çənə oynağında hərəkət funksiyasının ağrı və şişkinlik hesabına məhdudluğu xəsarəti alıb.

Qadının həkimə müraciətindən sonra əri barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə iş açılıb.

Məlum olub ki, hadisə gecə saat 00:15 radələrində ailənin yaşadığı evdə baş verib. Belə ki, 57 yaşlı kişi gecə saatlarında yatarkən paltaryuyanın səsi onu narahat edib. o, qışqıraraq arvadından paltaryuyanın səsini kəsməsini tələb edib, daha sonra qadına hücum edərək yumruqla zərbə endirib.

Cinayət işinin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkmiş qadın əri ilə barışdığını, aralarındakı narazılığın artıq həll edildiyini və şikayətçi olmadığını deyib.

Məhkəmənin çıxardığı qərarla təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.



Xəbərin oxunma sayı : 202




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap