“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu ərazidə yolu keçmək piyadalar üçün təhlükəlidir - VİDEO

Tarix 03.11.26, 10:34

Font ölçüsü : - / +
bitmap-img6


Sürətli yolda yerüstü piyada keçidi olsa da, işıqları yanmır. Keçidin içərisi axşam saatlarında qaranlıq olduğundan piyadalar buradan keçib gedə bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Hövsan qəsəbəsi, Samir Vəliyev küçəsindən gedir.

Ərazidə yolların işıqlandırılmaması ətrafda yaşayan sakinlər üçün təhlükə mənbəyidir.

Sakinlər deyirlər ki, bu vəziyyət yolda qəzaların, hətta ölümlərin baş verməsinə səbəb olur.

Piyada keçidi həm də natəmiz vəziyyətdədir.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sözügedən yolun, eləcə də piyada keçidinin işıqlandırılması ilə bağlı aidiyyəti üzrə "Bakı şəhər işığı" elektrik şəbəkə müəssisəsinin Suraxanı təmir-bərpa sahəsinə və Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanlanıb.

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirdilər ki, Samir Əliyev küçəsində ümumi işıqlandırma sistemində yaranmış nasazlıq səbəbindən piyada keçidinin işıqlandırılmasında bir müddətdir fasilələr müşahidə olunur. Problemin aradan qaldırılması və işıqlandırmanın bərpası məqsədilə Agentlik tərəfindən aidiyyəti üzrə müvafiq quruma müraciət edilib. Məsələnin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Liftlərdə baş verən problemin həlli yönündə də müvafiq işlər aparılır. Ehtiyat hissəsi ölkəyə gətirildikdən sonra quraşdırılacaq və liftin yenidən istismara verilməsi təmin ediləcək.




Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap