“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Adambaşına neft istehlakına görə ilk 20 ölkə açıqlanıb - Siyahı

Tarix 03.11.26, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada adambaşına ən çox neft istehlak edən ölkələrin adları açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, “Eni” şirkətinin 2026-cı il Dünya Enerji İcmalında yer alan məlumatlara əsasən, 2025-ci ildə adambaşına neft istehlakına görə Sinqapur ilk sırada qərarlaşıb.

Ötən il Sinqapurda adambaşına illik neft istehlakı 93,63 barel təşkil edib. İkinci yerdə 84,41 barellə Kyurasao, üçüncü yerdə isə 43,83 barellə Bruney qərarlaşıb.

Reytinqdə ilk iki ölkə ilə digər dövlətlər arasında ciddi fərq müşahidə olunur. Belə ki, Sinqapurda adambaşına neft istehlakı üçüncü yerdəki Bruneylə müqayisədə iki dəfədən çoxdur.

Sinqapurun siyahıda birinci olması ölkənin böyük gəmiçilik və liman fəaliyyətləri ilə əlaqələndirilir. Dünyanın əsas dəniz yanacaqdoldurma mərkəzlərindən biri olan Sinqapur beynəlxalq yükdaşımalarında mühüm mövqeyə malikdir. Beynəlxalq gəmilərə verilən yanacaq da hesablamalara daxil edildiyindən bu amil ölkənin göstəricisini əhəmiyyətli dərəcədə artırır.
İlk 10-luqda Yaxın Şərq ölkələrinin üstünlüyü də diqqət çəkir. Qətər 40,19 barellə dördüncü, Küveyt 39,23 barellə altıncı, Birləşmiş Ərəb Əmirlikləri 36,74 barellə yeddinci, Səudiyyə Ərəbistanı isə 36,68 barellə səkkizinci yerdə qərarlaşıb.

Şimali Amerika ölkələrindən Kanada 22,53 barellə 10-cu, ABŞ isə 22,10 barellə 11-ci olub.

Qeyd edək ki, adambaşına neft istehlakı göstəricisi yalnız əhalinin gündəlik istifadə etdiyi yanacağı əhatə etmir. Hesablamalara beynəlxalq gəmiçilik yanacağı, neft emalı zavodlarının öz ehtiyacları və bioyanacaqlar da daxildir.
Ümumi neft istehlakına görə isə dünyada ABŞ ilk sırada, Çin və Hindistan isə sonrakı yerlərdə qərarlaşır.

2025-ci ildə adambaşına neft istehlakına görə ilk 20 ölkə aşağıdakı kimi olub:
Sinqapur – 93,63 barel;
Kyurasao – 84,41 barel;
Bruney – 43,83 barel;
Qətər – 40,19 barel;
Malta – 39,65 barel;
Küveyt – 39,23 barel;
Birləşmiş Ərəb Əmirlikləri – 36,74 barel;
Səudiyyə Ərəbistanı – 36,68 barel;
Lüksemburq – 26,46 barel;
Kanada – 22,53 barel;
ABŞ – 22,10 barel;
İslandiya – 19,82 barel;
Belçika – 18,62 barel;
Bəhreyn – 18,09 barel;
Cənubi Koreya – 17,22 barel;
Honkonq – 16,14 barel;
Oman – 15,92 barel;
Niderland – 15,61 barel;
Avstraliya – 15,57 barel
Norveç – 15,51 barel.



Xəbərin oxunma sayı : 571




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap