“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sertifikatı ləğv olunub, fəaliyyəti davam edir: Seymur Məmmədovu kim qoruyur?

Tarix 04.11.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Üç ölüm hadisəsi, ləğv edilmiş sertifikat və cavabsız suallar... Aidiyyəti qurumlar hərəkətə keçmək üçün daha nəyi gözləyir?

Mediatvaz.com-un redaksiyasına daxil olan məlumatlar səhiyyə sahəsində ciddi narahatlıq doğuran bir sıra sualları yenidən gündəmə gətirir. Söhbət estetik və plastik əməliyyatlar aparmaq üçün sertifikatının ləğv edildiyi bildirilən Seymur Məmmədovdan və onun hazırda da “İnterneyşnl Medikl Sentr-2” tibb mərkəzində fəaliyyətini davam etdirməsi ilə bağlı iddialardan gedir.
Ortaya son dərəcə ciddi sual çıxır: Müvafiq sertifikatı ləğv edilmiş şəxs hansı hüquqi əsasla estetik və plastik əməliyyat fəaliyyəti göstərə bilər?

Daha bir sual: Bəs səhiyyəyə nəzarət edən qurumlar haradadır? Sertifikatın ləğv edilməsi barədə qərar varsa, onun icrasına kim nəzarət edir? Tibb müəssisəsinin rəhbərliyi bu vəziyyətdən xəbərdardırmı? Xəbərdardırsa, hansı əsasla belə bir fəaliyyətə şərait yaradılır?

Məsələni daha da həssas edən isə Seymur Məmmədovun adı ətrafında əvvəllər də ölüm hadisələri ilə bağlı məlumatların yayılmasıdır.

Xatırladaq ki, cari ilin avqust ayında Kəpəz Hospitalda onun tərəfindən həyata keçirildiyi bildirilən plastik əməliyyatdan sonra Almaniya vətəndaşı olan türkəsilli Tulin Turpun vəfat etməsi barədə xəbərlər yayılmışdı. Bundan əvvəl isə Nilufər Abdulla və Pərvanə Mirzəyevanın “Etalon” klinikasında onun tərəfindən həyata keçirildiyi bildirilən əməliyyatlardan sonra vəfat etmələri barədə məlumatlar mətbuatda dərc olunmuşdu.

Səhiyyə sistemində insan həyatı ilə bağlı risklərə münasibət bu qədərmi laqeyddir?

Əgər bir həkimin konkret tibbi fəaliyyət növü üzrə sertifikatı ləğv edilibsə, həmin fəaliyyətin başqa tibb müəssisəsində davam etdirilməsinə necə yol verilə bilər? Sertifikatın ləğvi yalnız kağız üzərində qalan qərardırmı? Yoxsa qanunun tələblərindən yayınmağın yolları mövcuddur?

“İnterneyşnl Medikl Sentr-2” rəhbərliyinə də ünvanlanan suallar az deyil. Müəssisənin rəhbərliyi Seymur Məmmədovun sertifikatının ləğv edilməsi barədə məlumatlıdırmı? Onun hansı hüquqi sənədlər əsasında fəaliyyət göstərməsinə icazə verilir? Əgər həmin şəxsin estetik əməliyyat aparmaq hüququ yoxdursa, bu əməliyyatların həyata keçirilməsinə kim razılıq verir və kim məsuliyyət daşıyır?

Daha ciddi sual isə budur: Seymur Məmmədovun fəaliyyətini davam etdirməsində maraqlı olan və ya buna şərait yaradan şəxslər kimlərdir?

Əgər belə bir himayəçilik mövcuddursa, onun arxasında kim dayanır?

Yeni səhiyyə naziri Anar Bayramovun da diqqətinə çatdırmaq istərdik: səhiyyə sistemində vətəndaşların təhlükəsizliyi yalnız rəsmi açıqlamalarla təmin edilmir. Bu sahədə əsas məsələ qanunun hamıya eyni tətbiq olunması, nəzarət mexanizmlərinin işləməsi və insan həyatına təhlükə yarada biləcək qanunsuz fəaliyyət iddialarının vaxtında araşdırılmasıdır.
 
Seymur Məmmədovun sertifikatının ləğvi barədə qərar qüvvədədirsə, onun icrasına niyə nəzarət edilmir? Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələyə nə zaman aydınlıq gətirəcəklər?

Burada söhbət hansısa şəxslə şəxsi mübahisədən, kiminsə peşə fəaliyyətinə mane olmaqdan getmir. Söhbət insan həyatından, pasiyentlərin təhlükəsizliyindən və tibb müəssisələrində qanunun aliliyindən gedir.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap