“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb - Paşinyan

Tarix 03.11.26, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə daxilində müxalifətin həyata keçirməyə çalışdığı iddia olunan "gizli plan”ın Rusiyadakı müəyyən dairələr tərəfindən dəstəkləndiyini bildirib.

AzFakt.com modern.az-a istinadən xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentində 2027-ci ilin dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı danışıb.

Baş nazirin sözlərinə görə, Ermənistan daxilində həmin planı həyata keçirmək üçün kifayət qədər resurs yoxdur və onun müəllifləri xaricdən dəstək almağa çalışırlar.

"Aydındır ki, bu plan Avrasiya İqtisadi İttifaqının və Rusiyanın müəyyən dairələrində dəstəklənir. Bunun səbəbləri də var. Çünki Ermənistana konkret vədlər və təminatlarla müəyyən şəxslər göndərilib”, – deyə Paşinyan bildirib.

O, müxalifətin fəaliyyətinin xarici qüvvələrin verdiyi təminatlarla əlaqəli olduğunu iddia edib.

"Tarix göstərir ki, xarici təminatçıların iştirak etdiyi proseslər fəlakətlə nəticələnib. Bu dəfə də onların himayəsi altında fəaliyyət göstərən müxalifəti siyasi fəlakət gözləyir”, – deyə Baş nazir vurğulayıb.

Paşinyan əlavə edib ki, müxalifət nümayəndələrinin bu aqibətdən yayınmaq üçün hələ vaxtı var.

Ermənistanın Baş naziri hesab edir ki, ölkənin gələcəyi ilə bağlı yeganə təminatçı xarici qüvvələr deyil, Ermənistan xalqı olmalıdır.



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap