“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yas mərasimindəki mübahisə qanlı sonluqla bitdi – Məhkəmənin hökmü

Tarix 06.11.26, 14:26

Font ölçüsü : - / +
bitmap-img6


Xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzFakt.com Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda hökm oxunub, S.Babazadə 1 il 6 ay sınaq müddəti tətbiq olunmaqla 3 il azadlıqdan şərti məhrum edilib.

Xatırladaq ki, prokuror onun 5 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Hadisə 2026-cı il martın 27-də Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, Səid Babazadə xalasının oğlu Elşad Bayramovla birlikdə yas mərasimində iştirak ediblər. Gənclərlə söhbət zamanı Səid Babazadənin güldüyünü görən Elşad Bayramov ona irad bildirib. Bundan sonra aralarında yaranan mübahisə zamanı S.Babazadə E.Bayramovun döş qəfəsindən bıçaqla vuraraq, sağlamlığına ağır xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, Səid Babazadə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 487




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap