“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Mahal MTK“da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Tarix 16.11.26, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub.

Məlumata görə, "Mahal MTK" ilə vətəndaşlar arasında bağlanmış müqavilələrə əsasən, mənzillər göstərilən müddətdə (24-36 ay ərzində) tikilib sahiblərinə təhvil verilməli idi və vətəndaşlar da buna uyğun olaraq bütün maliyyə öhdəliklərini yerinə yetiriblər. Lakin müqavilənin icra müddətinin bitməsinə baxmayaraq, hazırda binalar vaxtında təhvil verilmir, 11 aydan artıq gecikmələr qeydə alınır. Nəticədə bina istismara verilmədiyi üçün sakinlər mənzillərinin mülkiyyət sənədlərini (çıxarış) ala bilmirlər.

"Real Azərbaycan" xəbər verir ki, Bununla yanaşı, şirkət tərəfindən vətəndaşlara qarşı yeni və qanunsuz tələblər irəli sürülür. Belə ki, mənzilini satmaq istəyən sakinlərdən "Mahal MTK" rəhbərliyi hər kvadratmetr üçün 50 manat pul tələb edir. Binadakı ən kiçik mənzillərin sahəsinin təxminən 60 kvadratmetr olduğunu nəzərə alsaq, yalnız müqavilənin adının dəyişdirilməsi (başqa alıcının adına rəsmiləşdirilməsi) üçün sakinlərdən 3000 manat tələb olunur. Vətəndaşların sözlərinə görə, bu məbləğ hər hansı rəsmi bank hesabı vasitəsilə deyil, birbaşa əldən, heç bir qəbz verilmədən nəğd şəkildə rüşvət olaraq yığılır.

Məsələ ilə bağlı nizə danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, tikinti şirkətlərinin bu cür qanunsuz ödənişlər tələb etməsi və müqavilə dəyişikliklərinə əsassız əngəllər törətməsi tamamilə hüquqaziddir:

"Tikinti şirkətlərinin mənzil alqı-satqısı və ya müqavilə dəyişikliyi zamanı vətəndaşlardan əlavə vəsait - xüsusilə hər kvadratmetrə görə pul tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Qanunvericiliyə görə, bu cür ödənişlər rəsmi qaydada, bank vasitəsilə və yalnız müqavilədə nəzərdə tutulduğu hallarda tənzimlənə bilər. Əldən, qəbzsiz və nağd şəkildə tələb olunan hər hansı məbləğ birbaşa qanun pozuntusudur."



Xəbərin oxunma sayı : 274




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap